Qızıl kimi rayon - Kəlbəcər
07:41 27.10.2020
Tarix
2397
Vüqar Bayramov: "Tam işğaldan azad olunandan sonra iqtisadiyyatımıza böyük töhfə verəcək"
Azərbaycanın işğal altında olan ərazilərini azad etməsinin siyasi əhəmiyyəti ilə bərabər yaxın gələcəkdə böyük iqtisadi faydaları da olacaq. İşğal edilən Dağlıq Qarabağın və digər 7 rayonun işğala qədərki iqtisadi imkanlarına diqqət yetirdikdə görürük ki, ərazilərin işğaldan azad edilməsi ölkəmizdə kənd təsərrüfatının, sənayenin mədənçıxarma bölməsinin, tikinti materialları istehsalı sahələrinin, turizmin inkişafına böyük dəstək verəcək.
İqtisadçı-ekspert Vüqar Bayramov "Şərq"ə açıqlamasında bildirib ki, Kəlbəcər rayonu kənd təsərrüfatı, mədən sənayesi, sağlamlıq və turizm baxımından önəmli paya sahibdir. O vurğulayıb ki, Kəlbəcər həm qızıl, həm də digər faydalı qazıntıların bol olduğu rayondur:
"Kəlbəcər Azərbaycanın ərazisinə görə ən böyük rayondur. Coğrafi baxımdan da burada kənd təsərüffatı və sənayenin inkişafı üçün yeni imkanlar var. Bildiyimiz kimi, Kəlbəcərdə zəngin qızıl, gümüş və mis yataqları var. Bu da özümüzün daxili tələbat üçün qızıl hasil etməyimiz, həmçinin digər ölkələrə ixrac imkanları deməkdir.
Məlum olduğu kimi, son iki ildə qızılın qiymətində kəskin artımlar müşahidə olunmaqdadır. Nəzərə alsaq ki, dünya bazarında bir unsiya qızılın qiyməti 2 min dollara yaxınlaşır.
Kəlbəcərdən hasil və emal ediləcək qızıl ölkəyə valyutanın daxil olmasına imkan verəcək. Bu baxımdan Kəlbəcər bir tərəfdən həm aqrar, həm də sənaye müəssisələrinin istehsalının təşkil edilməsi, daxili bazara çıxarılması və yerli istehsalın gücləndirilməsi baxımından Azərbaycan üçün vacib rayonlardan hesab olunur.
Eyni zamanda Kəlbəcər strateji mövqe ilə yanaşı Azərbaycanın xüsusilə qeyri-neft sektorunda valyutanın daxil olmasına imkan yaradacaq. Bu baxımdan Kəlbəcər tam işğaldan azad olunduqdan sonra Azərbaycan iqtisadiyyatına xüsusi töhfə verəcək və iqtisadi rayon kimi dayanıqlı lokomotivlərdən olacaq".
V.Bayramov qeyd edib ki, Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir:
"Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi