Rusiya xofu ! – “Bu “sindrom” beyinlərdən silinməlidir!”- Qırın, bu zənciri !
Fidan Həmişəyeva
13:37 16.10.2020
Tarix
1911
“Rusiya vahiməsini yayanlar və Rusiyanın hərbi əməliyyatlara müdaxiləsindən qorxanlar çox yanlış düşünürlər”
“Moskva heç bir halda Azərbaycanın işinə qarışa bilməz. Azərbaycan Ermənistan ərazisində hərbi əməliyyatlar keçirsəydi, Rusiya o zaman məsələyə müdaxilə edə bilərdi”
Rusiyanın vasitəçiliyi ilə Moskvada əldə olunan humanitar atəşkəsin ilk anından etibarən bu dövlətin sülh tərəfdaşı olmadığı əsaslı şəkildə təsdiqini tapdı. Dağlıq Qarabağ münaqişəsində guya vasitəçi qismində çıxış edən Rusiya əksinə hər zaman proseslərin gedişinə mane olub. Aydın məsələdir ki, məqsəd bütün dünyaya hegemon dövlət olduğunu sübut etməkdir. Cəmiyyətimizdə də bu “hegemonluq”dan təsirlənib xoflananlar da az deyil. Müxtəlif illərdə Azərbaycan cəmiyyətində “Rusiya xofu” yaradılıb. Hazırda hərbi əməliyyatların qızğın getdiyi ərəfədə bəziləri müharibənin dayanmasını və atəşkəsin bərpasını istəyir. Səbəb isə aydındır - Rusiya xofu !
Qeyd edək ki, Azərbaycan-Rusiya arasında diplomatik əlaqələr hələ 1992-ci il aprelin 4-də qurulub. İki ölkə arasında parlamentlərarası və mədəni əlaqələr mövcuddur. Çox güman ki, bu əlaqələr yenə də öz axarı ilə davam edəcək.
Lakin millət olaraq torpaqlarımızın azadlığı uğrunda Ermənistanla gedən döyüşlər zamanı Rusiya vahiməsini yaratmaq başa düşülən deyil. Rusiyanı gözümüzdə böyüdüb, psixoloji təsirə düşməklə hara qədər gedə bilərik?
Mövcud durumla əlaqədar “Sherg.az”a danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, Rusiya heç bir halda Azərbaycanın işinə qarışa bilməz. Azərbaycan Ermənistan ərazisində hərbi əməliyyatlar keçirsəydi, Rusiya o zaman məsələyə müdaxilə edə bilərdi:
“Parlament üzvü vurğulayıb ki, ortada konkret işğal faktı varsa, Rusiya niyə Ermənistanı müdafiə etməlidir? Azərbaycan bu işğalın nəticəsini aradan qaldırmaq üçün çalışır və öz torpaqlarını azad etmək istəyir.
Cəmiyyətimizdə Rusiya xofu var deyə gəlib millətimizi məhv etməlidirlər? Rusiya vahiməsini yayanlar və Rusiyanın hərbi əməliyyatlara müdaxiləsindən qorxanlar çox yanlış düşünürlər. Məlumdur ki, Rusiyada vəzifə sahibi olan ermənilər çoxdur. Onlar Rusiyanın dövlət siyasətindən kənar, gizlin şəkildə Ermənistana silah ötürürlər.
Bu gün dünyada bir tərəfdən NATO üzvü olan Türkiyə və digər tərəfdən Rusiya kimi dövlət var. NATO ilə Rusiya üz-üzə gələ bilər, lakin Türkiyə sona qədər Azərbaycanın yanında olacağını iddia edir”.
S.Rüstəmxanlı qeyd edib ki, cəmiyyətimizdə “Rusiya xofu” hələ sovet dövründən mövcud olub:
“Rusiya ilə Azərbaycanın son 30 ildə apardığı siyasətdə strateji əməkdaşlıq, sakit qonşuluq, dövlət başçılarının bir-birinə münasibəti, hətta enerji məsələsində yolların ayrılması belə münasibətlərə ziyan gətirməyib. Azərbaycanda rus dili və məktəblərinə qadağa yoxdur. Bu, onu göstərir ki, Rusiya xofuna, Rusiya vahiməsinə ehtiyac yoxdur. Rəsmi Moskva da qonşuları ilə daimi savaşda olmağa maraqlı deyil. Ona görə də Rusiya haqqında vahiməli düşüncə yaratmaq yersizdir.
Çünki bu ölkə əvvəlki kimi çar, bolşevik və imperialist Rusiya deyil. Avropa dəyərlərinə yaxınlaşan normal bir dövlətdir və bu gün buraxdığı səhvləri aradan qaldırmağa çalışır. Belə bir vəziyyətdə millətimizdəki Rusiya xofu mənasızdır. Bu xofu beynimizdən silmək lazımdır”.
Oxşar xəbərlər
GİZLİNLƏR: Stalinin cənazəsi Mavzoleydən necə çıxarılıb? - Tarixçi təfərrüatları açıqlayıb
12:04 31.10.2026
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
00:41 28.10.2026
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət