Şərqşünas-jurnalistin nüfuzlu ərəb KİV-lərində məqaləsi dərc edilib
Turan
12:58 02.03.2021
Tarix
710
Azərbaycanlı şərqşünas və jurnalist Haşim Məmmədovun Azərbaycanla ərəb ölkələri arasında diplomatik və iqtisadi əlaqələrdən bəhs edən geniş məqaləsi dərc edilib.
“Sherg.az” xəbər verir ki, Misir, Əlcəzair, İraq və İordaniyanın “Əl Dovlə”, “Ənbaarmasr”, “Nile1”, “Əl Hərir”, “Aldiplomasy” və digər mətbuat orqanlarında yayılmış məqalədə xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra İslam dünyası, ərəb ölkələri ilə əlaqələrə xüsusi diqqət yetirildiyi, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirildiyi qeyd olunub.
Müəllif yazıb ki, islam dünyası ilə əlaqələri inkişaf etdirmək, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığa nail olmaq Dağlıq Qarabağ probleminin müsəlman aləminə, eyni zamanda, ərəb ölkələrinin mövcud imkanlarından istifadə edərək bütün dünyaya çatdırmaq baxımından önəmli idi:
“Çünki Dağlıq Qarabağ münaqişəsi meydana gələn ilk illərdə Ermənistan beynəlxalq aləmdə belə bir yalan rəy formalaşdırırdı ki, guya sözügedən münaqişə dini zəmindədir və Azərbaycan Dağlıq Qarabağda xristian olan erməniləri sıxışdırır. Bunun əksini sübut etmək üçün Azərbaycana İslam aləminin siyasi dəstəyi vacib idi. Eyni zamanda, mühüm beynəlxalq humanitar təşkilatlarla yanaşı, İslam fondları, yardım cəmiyyətlərinin də azərbaycanlı qaçqın və məcburi köçkünlərə dəstək göstərməsinə nail olmaq lazım idi. Bu baxımdan ilk addım olaraq ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri xüsusi əhəmiyyət kəsb edirdi”.
Məqalədə diqqətə çatdırılıb ki, həmin ilin sentyabrında Misirə səfər edən ümummilli lider Heydər Əliyev rəsmi Qahirənin də siyasi dəstəyini ala bilib:
“İki ölkə prezidentlərinin görüşünün nəticələrinə dair verilən bəyanatda Misirin Azərbaycanın ərazi bütövlüyünü tanıdığı əksini tapıb. Azərbaycanla Misir arasındakı güclü diplomatik əlaqələr çərçivəsində Misirin Qəlyubiyyə vilayətində bu ölkənin tarixində ilk dəfə olaraq Misir-Azərbaycan Dostluq parkı salınıb, burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılıb. Eyni zamanda, Abşeron rayonunda Azərbaycan-Misir Dostluq parkı salınıb.
Məqalədə Azərbaycanla İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İraq və Əlcəzair arasında əlaqələrdən, ölkəmizin İslam aləmində artan nüfuzundan da ətraflı bəhs olunub”.
Oxşar xəbərlər
Azərbaycan Ordusu dünya hərb tarixində yeni qəhrəmanlıq səhifəsi açdı - İlham İsmayıl
16:14 06.11.2026
GİZLİNLƏR: Stalinin cənazəsi Mavzoleydən necə çıxarılıb? - Tarixçi təfərrüatları açıqlayıb
12:04 31.10.2026
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya