“Tarix dərsliklərinin səhifələrinin, həcminin azaldılması doğru deyil”
Məlahət Rzayeva
15:05 06.08.2019
Tarix
1204
Azərbaycanda ümumi orta təhsil səviyyəsini (IX) başa vuran şagirdlər mənəvi-əxlaqi dəyərlərin formalaşmasında dinlərin rolunu şərh edə bilməlidir.
Bu, Təhsil Nazirliyinin ictimai müzakirəyə çıxardığı “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” layihəsində əksini tapıb.
Sənədə əsasən, ümumi orta təhsil səviyyələrində tədris edilən “Ümumi tarix” fənni üzrə təlim nəticəsində şagird tarixi dövrləri müqayisə etməli və dəyərləndirməli, ayrı-ayrı dövlətləri bəşər mədəniyyətinin inkişafındakı roluna görə fərqləndirməli, mənəvi-əxlaqi dəyərlərin formalaşmasında dinlərin rolunu şərh etməlidir.
Qeyd edilir ki, Nazirlər Kabinetinin "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında” 3 iyun 2010-cu il tarixli qərarında ümumi orta təhsil üzrə ümumi təlim nəticələri sırasında bu tələb əksini tapmayıb.
Təhsil eksperti Kamran Əsədov“Sherg.az”a açıqlamasında Azərbaycanda 2009-cu ildə qəbul olunmuş “Təhsil haqqında” qanunda təhsil üzrə sahə qanunlarının hazırlanmasının nəzərdə tutulduğunu dedi:
- Söhbət ondan gedir ki, bizdə təhsil qanunu qəbul olunarkən orda çox ziddiyyətli məsələlər ortaya çıxdı. Ona görə də qərar alındı ki, çərçivə qanunu olsun.
Bu gün Azərbaycanda orta məktəblər haqqında qüvvədə olan hüquqi sənəd 2011-ci ildə qəbul edilən orta məktəblərin nümunəvi nizamnaməsidir. Bu da tam şəkildə təhsilin bu pilləsi ilə bağlı bütün məsələləri əks etdirmir.
Çünki bir çox ayrı-ayrı qanunvericilik aktlarında orta məktəblərə aid hüquq və vəzifələr paylanmış haldadır. Düşünürəm ki, orta ümumtəhsil məktəbləri və ali məktəblər üçün ayrıca qanuna ehtiyac var idi.
Hesab edirəm ki, orta ümumtəhsil məktəbləri üçün ayrıca qanun layihəsinin hazırlanaraq qəbul edilməsi zəruridir. Bu, orta məktəblərin hüquqi problemlərinin aradan qaldırılmasına da yardımçı olacaq.
Hazırda Azərbaycanda orta məktəblərdə tarix dərslikləri ilə bağlı ən ciddi qüsur ondan ibarətdir ki, bu gün tarix dərsliklərinin səhifələri, həcmi azaldılır.
Atilladan Heydər Əliyevə qədər türk dünyasının tarixi şəxsiyyətləri, böyük imperiyalarımızın hamısı tarix dərsliklərinə salınıb.
Artıq milli tarix dərsliklərimiz var. Amma bu sahədə təkmilləşdirmələrin aparılmasına ehtiyac var. Bu gün tarix dərsliklərinin səhifələrinin, həcminin azaldılması doğru deyil.
IX sinif şagirdlərindən mənəvi-əxlaqi dəyərlərin formalaşmasında dinlərin rolununun soruşulacağına gəlincə, K.Əsədov burada problem görmədiyini dedi:
- Mənəvi-əxlaqi dəyərlərin formalaşmasında dinlərin rolunu araşdırmaq, məktəblilərin dinlər barədə konkret bilgilərə sahib olmaları müsbət haldır. Məni narahat edən tarix dərsliklərinin ümumiyyətlə bərbad hazırlanmasıdır. IX sinif "Ümumi tarix" dərsliyində "Fransa" mövzusu həddindən artıq ağır dildə, qarışıq yazılıb.
VII sinif "Azərbaycan tarixi" dərsliyində isə bəzi çatışmazlıqlar var. Bir çox mövzular bir paraqrafda cəmləşib. Məsələn, monqolların Azərbaycana yürüşləri, Hülakilər dövləti, Qızıl Orda dövlətinin parçalanması bir mövzu kimi verilib. Bunlar əhəmiyyətli mövzulardır. Albaniya dövlətinin paytaxtı təkcə Bərdə göstərilir. Qəbələ haqqında heç nə deyilmir.
Məhz həcmin azlığı buna ciddi şəkildə təsir göstərir. Öncə tarix dərsliklərindəki belə çatışmazlıqlar aradan qaldırılmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
19:29 07.10.2026
Gündəm
Qalibaf: İranın müxalifləri ölkədə zorakılıq yaratmağa çalışır
19:03 07.10.2026
Dünya
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
19:02 07.10.2026
Hadisə
Ceyhun Bayramov: “Orta Dəhlizin beynəlxalq ticarətdə rolu artır”
18:46 07.10.2026
Gündəm
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib
16:08 07.10.2026
Dünya