Tarix İnstitutu Avropanın görkəmli alimləri ilə əlaqə yaradır
14:14 14.04.2020
Tarix
1523
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun alimləri hazırda onlayn rejimdə öz elmi tədqiqatlarını davam etdirirlər.
İnstitutdan "Sherg.az"a verilən məlumata görə, “1918-1921-ci illərdə Qafqazda mövcud olan dövlət qurumlarının tarixi”, “Azərbaycanın siyasi sürgün tarixi (1920-1950-ci illər)” və “Dərbənd tarixi: ən qədim zamanlardan günümüzədək” kitabları üzərində iş gedir.
Tarixçi alimlər İradə Bağırova “Ermənistan (Ararat) Respublikası və onun Azərbaycanla münasibətləri”, İkram Ağasiyev “Denikin təhlükəsinə qarşı mübarizədə Azərbaycan Xalq Cümhuriyyətinin Şimali Qafqaz respublikaları ilə əməkdaşlığı (1918-1920)”, “Azərbaycan Xalq Cümhuriyyətinin Dağlı Respublikası ilə əlaqələri (1918-1919)” və “XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində Dərbəndin sosial-iqtisadi həyatı”, Kərim Şükürov “Azərbaycan əhalisi Stalin dövründə”, “Azərbaycanda siyasi sürgünlərin sayı, dinamikası və sürgün coğrafiyası” və “Siyasi sürgünlərin regional xarakteristikası”, İlqar Niftəliyev “Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyası tərəfindən işğalı ərəfəsində Böyük Britaniyanın siyasəti” və “Azərbaycanın İkinci Dünya müharibəsində iştirakının bəzi məsələlərinə yeni baxış” və Lamiyə Qafar-zadə “İngiltərə-Səfəvi münasibətləri ingilisdilli tarixşünaslıqda” mövzuları üzərində tədqiqat aparırlar.
Tarix İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri Lamiyə Qafar-zadə Avropanın görkəmli alimləri Edmund Hertsiq, Peter Qud, Cerri Brotton, Kuroş Meşkat, Elio Brankaforte və başqaları ilə elektron poçt vasitəsilə əlaqə yaradıb və onlarla fikir mübadiləsi aparıb. O, həmçinin Cerri Brottonun monoqrafiya və məqalələrini də təhlil edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol