Tarix İnstitutunda ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi tarixinə dair yeni kitab çap olunub
15:26 21.08.2020
Tarix
1774
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda “Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinin regional təhlükəsizlik üçün nəticələri” adlı kitab çapdan çıxıb.
Tarix İnstitutundan "Sherg.az"a verilən məlumata görə, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər fundamental tədqiqatlar kimi bu əsər də Prezident İlham Əliyevin çağırışlarına cavab olaraq yazılıb.
Bu kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində “Azərbaycan Tarixçiləri” İctimai Birliyi (ATİB) tərəfindən nəşr olunub. Kitabın müəllifləri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov və institutun “Qarabağ tarixi” şöbəsinin müdiri, dosent Güntəkin Nəcəfli, texniki redaktoru isə ATİB-in sədri, dosent Mehri Xanbabayevadır. Bu əsər Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub.
Müəlliflər əsərdə qeyd edirlər ki, XIX əsrin əvvəllərində çar Rusiyası I Pyotrun erməniləri Cənubi Qafqaza - Şimali Azərbaycan torpaqlarına köçürmək siyasətini həyata keçirməyə başladı. Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən həm Qacarlar İranından, həm də Osmanlı imperiyasından kütləvi surətdə ermənilərin Cənubi Qafqaza - Şimali Azərbaycan torpaqlarına köçürülməsi başlandı.
Bunun üçün burada öncə qanlı qırğın siyasəti yeridildi. Çar Rusiyasına xidmət edən erməni və gürcü əsilli zabitlərin – sisianovların, lazaryanların, melikyansların, madatovların vasitəsi ilə burada əliyalın azərbaycanlı əhaliyə qarşı soyqırımı həyata keçirildi. Ermənilər və ermənipərəst qüvvələr bu tarixi nə qədər saxtalaşdırsalar da, çar Rusiyasının arxiv sənədləri, imperatorun göstərişləri, ermənilərin köçürülməsi ilə bağlı verilən təlimatlar, göstərişlər və digər sənədlər bu tarixi həqiqəti sübut edir!
Nəşrdə yazılır ki, Cənubi Qafqazın bugünkü faciəli tarixi erməni etnosunun bura köçürülüb gətirilməsi ilə daha doğrusu, çar Rusiyasının Qafqaz siyasəti ilə sıx bağlıdır. Ermənistan bu gün Cənubi Qafqaz üçün, bütövlükdə həm də region üçün ən ciddi təhlükə, münaqişə ocağıdır. Ermənistan həm də dünyada sülh üçün ciddi təhlükədir. Bu təhlükənin mənbəyi erməni millətçilərinin saxtalaşdırdığı tarix – “Böyük Ermənistan” uydurmasıdır.
Xatırladaq ki, son illərdə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihələr çərçivəsində ATİB tərəfindən “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası”, “Çuxursəd hakimləri və İrəvan xanları” əsərləri nəşr olunub və müxtəlif dünya dillərinə tərcümə olunaraq xarici ölkələrdə yayılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur