Tarixçidən ETİRAZ: “Vallah, İçərişəhərə gedəndə məni ağlamaq tutur”
Banuçiçək Kalbalıyeva
13:27 02.09.2020
Tarix
2263
“Arxeoloqlar” da qazıntı işləri aparmaq məqsədilə tarixi abidləri məhv edirlər”
Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edib.
Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb. Dəyişikliyə əsasən, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.
Qərar barədə “Sherg.az”a danışan tarixçi-alim Dilavər Əzimli bunu çox yüksək qiymətləndirib:
“Beşbarmaq dağı haqqında verilən qərarı alqışlayır və təqdir edirəm. Belə addımlar davamlı olmalıdır. Əks halda tarixi abidələrimiz dağılacaq. Bunun ən əsas sahibi məmur özbaşınalığıdır.
Bəzi vəzifəli şəxslər tarixi abidələri sökür, yerində kafe, restoran tikirlər. Həmçinin sanki cəmiyyətdə də bir susqunluq yaranıb. İllər əvvəl Cəlilabadda qədim eneolit təpəsində inşaat işləri aparılanda arxeoloqlar etiraz etdilər. Düzdür, nəticəsi olmadı, amma ən azından haqq səsi ucaldı. İndi isə müqavimət yoxdur.
Üçüncü bir tərəfdən isə dırnaqarası arxeoloqlar qazıntı işləri aparmaq məqsədilə tarixi abidləri məhv edirlər. Vallah, İçərişəhərə gedəndə məni ağlamaq tutur. Abidələr sökülüb. Birinci vitse-prezident Mehriban xanım məsələyə qarışandan sonra vəziyyət düzəlib”.
D.Əzimlinin fikrincə, cəmiyyət belə məsələlərə həssas yanaşmalıdır:
“Tarixi abidələr millətin namusudur. Abidələri dağıtmaq millətin namusuna təcavüz etmək deməkdir. Tarixi abidələrə həqarət Azərbaycan tarixinə həqarətdir. Abidələri qədim olan xalq qədimdir.
Gürcülər, ermənilər alban memarlıq nümunələrini, yəni tarixən bizim olanları özlərininkiləşdirirlər. Biz isə... Odur ki, belə əməllərə əl atanlar inzibati yox, cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.
Həmçinin orta məktəb müəllimləri ciddi təbliğat aparmalı, şagirdləri- yetişməkdə olan gəncliyi tarixi abidələrlə əyani tanış etməlidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə