Tarixçidən İDDİA: “Ermənistan Rusiyaya arxadan zərbə vuracaq” - AKTUAL
Banuçiçək Kalbalıyeva
11:44 04.09.2020
Tarix
2327
“Şimal qonşumuz zəifləyən kimi ermənilər daha güclü bir tərəf tapacaq”
“Bu isə Moskva üçün heç də yaxşı nəticələnməyəcək”
Ermənistanda faşizm ideologiyası artıq dövlət siyasətinə çevrilib. Njde, Dro kimi faşistlər Ermənistanda qəhrəmanlaşdırılır, bu anti-bəşəri fəaliyyət dövlət siyasəti səviyyəsində icra edilir. Nikol Paşinyan da öz sələflərinin siyasətini davam etdirərək, faşistlərin qəhrəmanlaşdırılmasına bəraət qazandırır. Ermənistan hakimiyyətində təmsil olunan bir çox yüksək vəzifəli şəxslər faşistlərin nəsillərinin davamçılarıdır, onlar ailə bağları ilə faşizm ideyalarına sadiqdir, bu xislətləri ilə fəxr edirlər. N.Paşinyanın babası da faşist olub.
Onun irqi amilə görə yəhudilərin kütləvi şəkildə məhv edilməsində iştirak etməsinə dair əsaslı faktlar da var. Təsadüfi deyil ki, o, sələflərinin xəttini davam etdirərək cəbhə bölgələrində azərbaycanlı mülki əhalinin, yaşayış məntəqələrinin davamlı olaraq atəşə tutulmasında xüsusi fəallıq göstərir. 2020-ci ilin iyul döyüşləri də bunu bir daha sübut edir.
Bu barədə “Sherg.az”a danışan tarixçi-alim Boran Əzizli erməni vandallığının alman faşizmindən daha təhlükəli olduğunu düşünür:
“Ermənilər təkcə indi yox, 80-ci illərdən etibarən faşizm ideologiyasını davam etdirirlər. “Yandırılmış torpaq” siyasəti, müsəlmansız kənd ideyası bu fikri təsdiq edir. Amma ermənilər faşistlərdən də betərdilər. Çünki düşmənlərimizdən fərqli olaraq, almanlar heç vaxt dinc əhaliyə güc tətbiq etmir, tarixi abidələri dağıtmırdılar.
Ermənilər isə Meşəlidə, Xocalıda və başqa yerlərdə ən ağır formada vandallıqlar, qətliamlar törədiblər. Ona görə də ermənilər dünya üçün daha təhlükəldir.
Bu gün onları himayə edənlər bilsinlər ki, Rusiya zəifləyən kimi ermənilər daha güclü bir tərəf tapacaq və əvvəlki ağalarına arxadan zərbə vuracaqlar. Bu isə Rusiya üçün heç də yaxşı nəticələnməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə