Tarixi abidələr “can” hayında, məmurlar pul axtarır – Sərt tənqid
Fidan Həmişəyeva
14:10 14.09.2020
Tarix
1618
“Hər bir tarixi abidə millətin varlığı, onun keçmişi və gələcəyinin yol göstəricisidir”
“Elə xalqlar var ki, olmayan yerdən özlərinə böyük bir keçmiş yaradırlar”
“Özləri üçün yalançı tarix uydururlar. Biz isə gerçək tariximizə sahib çıxa bilmirik”
Göygöl rayonundakı növbəti tarixi abidə məhv olmaq üzrədir. Söhbət rayonun Yeni Zod kəndində, Cavadxan yüksəkliyində yerləşən Alban kilsəsindən gedir. Bu barədə kənd sakinləri məlumat veriblər.
Dağılmaq üzrə olan kilsə təxminən 2109 metr yüksəklikdədir. Fotolardan kilsənin hansı vəziyyətdə olduğunu aydın görmək mümkündür. Kilsənin yerləşdiyi yüksəkliyi asfalt yoldan nə az, nə çox 6-7 kilometrlik məsafə ayırır. Tarixi abidənin nə üçün baxımsız qalması barədə isə heç bir məlumat yoxdur.
Hər bir xalqın tarixi abidələri dünya mədəni irsinin ayrılmaz hissəsidir. Lakin deyəsən bu amil bizim üçün əhəmiyyət kəsb etmir. Tarixi abidələrimiz göz görə-görə məhv olur. Hətta bu abidələrin yox olması üçün bəzi məmurlar əllərindən gələni əsirgəmirlər. Əlaqədar qurumlar öhdəliklərində olan işdən boyun qaçırırlar. Beləliklə milli dəyərlərimiz və mədəniyyətimiz günü-gündən əllərimizin arasından çıxıb yox olur. Bizə qalan isə sadəcə bu abidələrimizin fotosudur. Milli-mədəni irsimizə olan belə yad, vandal və biganə münasibətin səbəbi nədir? Nə üçün tarixi abidələrimizə sahib çıxa bilmirik?
Suallarımızı cavablandıran tarixçi-alim Faiq Ələkbərli “Sherg.az”a bildirib ki, bu işlə məşğul olan qurumlar və məsul şəxslərin böyük əksəriyyəti belə məsələyə nəinki məsuliyyətlə, heç vicdanla yanaşmır.
Tarixçi təəssüf hissi ilə vuğulayıb ki, içimizdə olanların çoxu özünə azərbaycanlı deyir. Amma azərbaycanlı olaraq öhdəliklərindəki məsələyə məsuliyyətlə yanaşmırlar:
“Hər bir tarixi abidə millətin varlığı, onun keçmişi və gələcəyinin yol göstəricisidir. Varlığımızı tarixi abidələrimizlə ortaya qoyuruq. Bütün xalqlar belədir. Elə xalqlar var ki, olmayan yerdən özlərinə böyük bir keçmiş yaradırlar. Onlara məxsus olmayan abidələri mənimsəyirlər və saxtalaşdırıb özləri üçün yalançı tarix uydururlar. Biz isə gerçək tariximizə sahib çıxa bilmirik. Sovet dövründəki problemlər bəllidir. Halbuki o dövrdə də ermənilər, gürcülər və başqa xalqlar bu məsələlərdə daha məsuliyyətli olublar.
Amma biz müstəqilliyimizi bərpa etdikdən sonra da bu məsələlərdə problemlər yaşayırıq”.
F.Ələkbərlinin sözlərinə görə, elə abidələrimiz var ki, bəzi harınlamış məmurlar özlərinə villa tikmək və istirahət güşəsi salmaq üçün onları məhv edir:
“Göygöldə, Daşkəsəndə, Gədəbəydə, Şəkidə, Qaxda, Qubada və digər rayonlarımızda belə nümunələr çoxdur. Tarixi abidələrimizin məhvinin əsas səbəbi bu işə məsul şəxslərin dövlətin varlığına sahib çıxmaq xüsusiyyətinin olmamasıdır. Problem buradan qaynaqlanır”.
Alim qeyd edib ki, düşmən qüvvələr də tarixi abidələrimizin məhvi üçün müəyyən rola malikdirlər:
“Bəzi vətəndaşlarımız ancaq var-dövlət toplamaq arzusu ilə yaşayırlar. Onlar üçün belə abidələrin qorunmasının heç bir önəmi yoxdur. Sadəcə yuxarıdan hansısa göstəriş verilsə, bu işlə məşğul olurlar. Ölkəmizdə hüquqi işlərin başında duranlar hələ də sovet təfəkküründən qurtulmayıblar. Rəhbər vəzifəyə seçilənlərin içində də milli ruh, Azərbaycan kimliyi ya azdır, ya da ümumiyyətlə yoxdur. Ona görə də tarixi abidələrimiz yox olur”.
Oxşar xəbərlər
GİZLİNLƏR: Stalinin cənazəsi Mavzoleydən necə çıxarılıb? - Tarixçi təfərrüatları açıqlayıb
12:04 31.10.2026
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
00:41 28.10.2026
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat