Tədqiqatçı: “Rəsulzadə 1932-ci ildə “İstiqlal” qəzetində faşistləri pisləyib...
" - FAKT
Banuçiçək Kalbalıyeva
10:45 18.05.2020
Tarix
1271
“...Onları bolşeviklərlə eyniləşdirib. Paşinyan belə bir adam necə Q. Nijde ilə müqayisə edilə bilər?!”
“Rəsulzadə bütün ömrü boyu öz ideologiyasına xidmət edib-“İnsanlara hürriyət, millətlərə istiqlal” devizi ilə yaşayıb”
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Xalq Cümhuriyyətinin banisi (AXC) Məhəmməd Əmin Rəsulzadə haqqında sərsəm fikirlər səsləndirib. Paşinyan Məhəmməd Əmin bəyi faşist Almaniyası ilə əməkdaşlıqda ittiham edib.
Bu yaxınlarda sosial mediada Paşinyanın babasının faşistlərlə əməkdaşlıq etməsi ilə bağlı sənədlər yayılmışdı. Görəsən, bu həmin məlumatlara cavabdır? Deyəsən, baş nazir bu yolla özünə bəraət qazandırmaq istəyir.
Tarixçi-alim, Məhəmməd Əmin Rəsulzadə irsinin tədiqatçısı, BDU-nun Jurnalistika fakültəsinin professoru Nəsiman Yaqublu “Sherg.az”a açıqlamasında Paşinyanın fikirlərində ciddi səhvlərin olduğunu deyib:
“Çünki Rəsulzadə heç vaxt faşistlərlə əməkdaşlıq etməyib. Onun yeganə məqsədi II dünya müharibəsində əsir düşənləri azad etmək idi. Tarixi faktlara görə, 70 min insan həmin müharibədə əsir düşmüşdü. Rəsulzadə danışıqlar yolu ilə təkcə azərbaycanlıları yox, həm də digər millət nümayəndələrini, o cümlədən yəhudiləri azad edib.
Amma yenə deyirəm ki, o, almanlara xidmət etməyib. Heç bir rütbəsi, statusu da yox idi. O, yoldaşları ilə birlikdə ictimai qurum-milli Azərbaycan komitəsini yaradıb. Və ancaq bu yolla missiyasını yerinə yetirməyə çalışıb. Rəsulzadə Şərq nazirliyinin Qafqaz şöbəsinin sədri ilə danışıqlar aparırdı ki, onun da xanımı türk olub.
Özü də əvvəllər xeyli müddət Türkiyədə yaşayıb. Həm də Rəsulzadə Almaniyada yaşamayıb. O, Rumıniyada yaşayırdı. Türkiyənin buradakı səfirliyi ona kiçik bir ev vermişdi. Hərdən bir danışıqlar üçün Almaniyaya gedir, sonra geri qayıdırdı. Yalnız müharibə bitdikdən sonra birdəfəlik Almaniyaya getdi. Yəni Rəsulzadənin almanlarla heç bir siyasi əməkdaşlığı olmayıb.
O, əsirləri xilas etmək məqsədilə yalnız humanitar danışıqlar aparıb. Biz necə Qarabağ savaşında əsir götürülənləri xilas etmək üçün çalışanlara qəhrəman kimi baxırıqsa, Rəsulzadəni də həmin gözlə görməliyik. Bu dahi insanın onlardan heç bir fərqi yoxdur”.
N.Yaqublunun sözlərinə görə, Rəsulzadəni Qaragin Nijde ilə müqayisə etmək yolverilməzdir:
“Bəli, Nijde faşistlərlə əməkdaşlıq edib. O, SS cəza dəstəsində xidmət edərək yüzlərlə insanın qatilinə çevrilib. Bu səbəbdən də 1945-ci ildə həbs edilib. Ömrünün sonuna kimi Rusiyanın Vladamir bölgəsindəki həbsxanada qalıb. Rəsulzadə isə müharibə başa çatdıqdan sonra Almaniyada da, Türkiyədə də sərbəst gəzib. Çünki o, təqsirkar deyildi. 1932-ci ildə “İstiqlal” qəzetində dərc etdirdiyi məqaləsində faşistləri pisləyib, onları bolşeviklərlə eyniləşdirib. Paşinyan belə bir adam necə Q. Nijde ilə müqayisə edilə bilər?! Rəsulzadə bütün ömrü boyu öz ideologiyasına xidmət edib-“İnsanlara hürriyət, millətlərə istiqlal” devizi ilə yaşayıb".
Professorun fikrincə, heç də bütün almanlar faşist olmayıblar:
“Məgər Sovet dönəmində yaşayan hamı kommunist, bolşevik olub ki? Əlbəttə, yox. Ona görə də bütün almanlara faşist demək düzgün deyil. Hətta onların arasında faşizmə nifrət edənlər də var idi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
16:04 09.10.2026
Gündəm
“Türkmənistan üçün Azərbaycan Qərbə açılan qapıdır” - Azər Həsrət
15:11 09.10.2026
Siyasət
Türkiyədə Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
15:10 09.10.2026
Mədəniyyət
Xəzərin xilası tək bir ölkənin gücü ilə mümkün deyil
14:52 09.10.2026
Aktual
Yunanıstan ABŞ-dən milyardlıq silah alacaq
14:47 09.10.2026
Dünya
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
14:42 09.10.2026
Gündəm
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
14:42 09.10.2026
Gündəm
Azərbaycan-Türkmənistan ittifaqı yeni güc mərkəzi yaradır - TƏHLİL
14:38 09.10.2026
Gündəm
NATO İtaliyada nüvə təlimlərinə başlayacaq
14:16 09.10.2026
Dünya
Cari ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ölüb
13:51 09.10.2026
İnfrastruktur
İrana yeni hücum planı Trampa təqdim edildi
13:29 09.10.2026
Gündəm
Nobel Sülh mükafatı laureatı məlum oldu
13:16 09.10.2026
Dünya
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:51 09.10.2026
Ekologiya