“Türk şəhidlər bu torpağı mübarək Vətən etdilər” – Bakı zəfəri
Turan
11:02 14.09.2020
Tarix
1316
"1918-1920-ci il Cümhuriyyət tarixində üç əsas bayram günü olub.1918-ci il 28 may - Cümhuriyyətin elan olunma günü,1918-ci il sentyabrın 15 -də Bakının azad olunması günü,1920-ci il yanvarın 11-i Cümhuriyyətin de-fakto tanınması günü”.
Bu sözləri “Sherg.az”a açıqlamasında tarixçi-alim Elmar Həsənli deyib.
Tarixçi bildirib ki, əslində 15 sentyabr Cümhuriyyətin yenidən qurtuluş günüdür:
“Bu bizim üçün və qardaş Türkiyə xalqı üçün müqəddəs bir bayramdır. Qardaşlıq borcunun bariz nümunəsidir.
Qafqaz İslam Ordusu həmin dönəm Azərbaycanı bolşevik və daşnaklardan azad etməsəydi, nə Azərbaycan adlı dövlət olacaqdı, nə də bizlər.
Bunu görməzdən gələnlər dövrün siyasi xadimlərinin və ziyalı, şairlərinin Nuri paşa və Qafqaz İslam Ordusu haqqında yazdığı şeirləri, minnətdarlıq üçün yazdıqlarını oxusunlar və qardaşlıq sevgisini anlasınlar.
Hətta Sovet dövründə dünyaya gələn oğlan uşaqlarına ən çox qoyulan ad Ənvər və Nuru adları olub. Bu xalq Nuru və Ənvər adını ehtiram olaraq övladlarına qoyub.
Topraq üçün canını qurban verən Qafqaz İslam Ordusunun əsgərlərinin məzarları sevgidən və hörmətdən dolayı sovet dövründə bu xalq tərəfindən qorundu, sahib çıxıldı.
Hətta övladını Nuru paşaya qurban verən adamlar olub. Bilirsiniz niyə? Çünki həmin ordu döyüşməyə, yox bu torpaq üçün ölməyə gəlmişdi. Döyüşüb öldülər və o şəhidlər bu torpağı mübarək Vətən etdilər. Necə ki, məşhur bir şeirdə deyildiyi kimi:
“O gecə Nuri paşa Gəncəyə mehman oldu.
Bizə əyri baxanın bağrı qızıl qan oldu.
Sancdı dağlar başına hilallı al bayrağını
Qalxdı bu türk yurdu Azərbaycan oldu”.
Oxşar xəbərlər
Azərbaycan Ordusu dünya hərb tarixində yeni qəhrəmanlıq səhifəsi açdı - İlham İsmayıl
16:14 06.11.2026
GİZLİNLƏR: Stalinin cənazəsi Mavzoleydən necə çıxarılıb? - Tarixçi təfərrüatları açıqlayıb
12:04 31.10.2026
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya