“Türkiyə ilə Rusiya arasında ikinci dəhliz yarana bilər” - Açıqlama
Banuçiçək Kalbalıyeva
16:47 01.02.2021
Tarix
1709
Azərbaycan, Türkiyə və Rusiya arasında dəmir yolu sahəsində üçtərəfli əməkdaşlıq formatında daha bir layihəyə başlanılıb. Bu dəfə Türkiyədən Rusiyaya ixrac yüklərindən ibarət konteyner qatarı yola salınıb. “ADY Konteyner” MMC-dən bildirilib ki, 15 konteynerdən ibarət qatar Türkiyənin Ankara şəhərindən Rusiyanın Vorsino stansiyasına istiqamət götürüb. Qatarın ümumilikdə 4650 kilometrlik polad magistralı 8 günə qət edəcəyi gözlənilir. 40 futluq konteynerlərdən ibarət olan qatarın yükü əsasən Türkiyə istehsalı olan məişət əşyalarıdır. Yükün ümumi çəkisi isə 150 tondur.
Qatar Bakı-Tbilisi-Qars dəmir yolu və “Şimal-Cənub” Nəqliyyat Dəhlizi vasitəsilə Türkiyə, Gürcüstan, Azərbaycan ərazisindən keçərək Rusiya ərazisinə daxil olacaq.
Daşımanın operatorları “Pasifik Eurasia Logistics” (Türkiyə), “GR Logistics” (Gürcüstan), “ADY Konteyner” (Azərbaycan) və Rusiyanın “Russian Railways Logistics” şirkətləridir.
Qeyd edək ki, ötən ilin sonunda Türkiyədən Çinin Sian şəhərinə 2 ixrac qatarı çatdırılıb. İqtisadçı- ekspert Ruslan Atakişiyev bu barədə “Sherg.az”a danışarkən gələcək perspektivləri də qiymətləndirib:
“Bildiyiniz kimi, bu dəmir yolu Şərqlə Qərbi, daha dəqiq desək, Çinlə Avropanı birləşdirir. Və iki alternativ yola nisbətən vaxta 2-3 dəfə qənaət olunur.
Məsələn, əgər mallar digər yollarla 45 günə daşınırsa, indi eyni əməliyyat üçün 12 gün lazım gəlir. Həmçinin qonşu ölkələrlə də əlaqələr güclənəcək.
Onu da deyim ki, region ölkələri arasında ticarət inkişaf etdikcə ikinci dəhlizin yaranması da mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya