Türkiyənin ən qorxunc zindanı... - Tarixi Sinop həbsxanası - Müdhiş faktlar ! (Fotolar)
Turan
17:48 05.09.2020
Tarix
2456
Sinop həbsxanasını məşhurlaşdıran əsas səbəblərdən biri odur ki, tarix boyu buradan sadəcə 1 məhkum qaça bilib
Üzərək torpağa çıxan Emin Aladağ adlı məhkum 4 gün gizlənib, lakin günlərlə ac qaldığı üçün qəsəbəyə gələrək evlərin birindən çörək istəmək məcburiyyətində qalıb
Şansa baxın ki, məhbusun çörək üçün üz tutduğu mənzil polisin evi çıxıb
Tarixi Sinop həbsxanası Türkiyənin ən dəhşətli və qorxunc zindanı hesab olunur. Hazırda muzey kimi fəaliyyət göstərən həbsxana 1997-ci ilə qədər fəaliyyət göstərib.
“Sherg.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, üç tərəfi dənizlə əhatə olunmuş məşhur həbsxana enli və hündür qala divarlarına sahibdir.
Sinop həbsxanasını məşhurlaşdıran əsas səbəblərdən biri odur ki, tarix boyu buradan sadəcə 1 məhkum qaça bilib. Digər cəhdlər isə uğursuz alınıb. Çünki həbsxana ətrafı qala ilə çevrələndiyi və üç yanı dənizlə əhatələndiyi üçün demək olar ki, heç kim qaçmağa cəsarət etməyib.
1970-ci illərdə həbsxanadan bayıra çıxmağı bacaran ilk məhbus edama məhkum olunmuş Emin Aladağ olub. O, ayaqqabısının içində həbsxanaya soxduğu dəmir mişarla 1 il boyunca dəmir barmaqlıqları kəsməyə nail olub. Yorğan və çarşafını cıraraq ip kimi belinə bağlayan məhkum divardan sallanaraq özünü dənizə atıb.
Üzərək torpağa çıxan məhkum 4 gün gizlənib, lakin günlərlə ac qaldığı üçün qəsəbəyə gələrək evlərin birindən çörək istəmək məcburiyyətində qalıb. Şansa baxın ki, məhbusun çörək üçün üz tutduğu mənzil polisin evi çıxıb.
Nəticədə bir müddət gün üzü görən Emin Aladağ qandallanaraq yenidən öz “evinə” qaytarılıb. Başqa bir məhkum isə kanalizasiya borusu vasitəsi ilə dənizə çata bilib. Elə həbsxanadan qaçmağı bacarmış tək məhkum da o olub və bir daha xəbər-ətər çıxmayıb. Bu yolu ikinci dəfə yoxlayan məhkumun arzusu isə ürəyində qalıb.
Çünki qaçmağa çalışan həmin məhkum borunun dənizə axıdılan ucuna dəmir barmaqlıqların vurulmasından xəbərsiz olub. Geri qayıda bilməyən məhbus kanalizasiya xəttində boğularaq can verib.
Uzun illər istifadə olunmayan həbsxananı ziyarət edənlər dəhşətə gəldiklərini gizlədə bilmirlər. Olduqca qaranlıq və rütubətli olan həbsxanada məhkumların boyun və ayaqlarını bağlamaq üçün istifadə olunan qorxuducu zəncirlər və işgəncə alətləri də muzey eksponatı kimi sərgilənir. Həbsxana divarlarında daşlara həkk olunmuş müxtəlif yazılar, cızma-qaralar da qaranlıq zindanlarda sönmüş həyatları, məhv olmuş ümidləri tərənnüm edir.
Məşhur həbsxanada Krım xanı Dövlət Giray, Sabahattin Ali, Mustafa Suphi, Nazım Hikmət və Necip Fazıl Kısakürək kimi məşhur yazar və şairlər də cəza çəkiblər. Türkiyədə dillərə dastan olmuş “Aldırma könül” mahnısının sözlərini də Sabahattin Ali həbsdə olarkən qələmə alıb.
Maraqlıdır ki, Türkiyədə ən dəhşətli həbsxana Sinopda yerləşsə də, Sinopun özündə cinayət sıfıra bərabərdir.
Oxşar xəbərlər
Azərbaycan Ordusu dünya hərb tarixində yeni qəhrəmanlıq səhifəsi açdı - İlham İsmayıl
16:14 06.11.2026
GİZLİNLƏR: Stalinin cənazəsi Mavzoleydən necə çıxarılıb? - Tarixçi təfərrüatları açıqlayıb
12:04 31.10.2026
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya