Vətən müharibəsi dərsliklərdə əks olunacaq
08:45 20.11.2020
Tarix
1220
Artıq qələbədən, şanlı tarixdən danışacağıq
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Vətən müharibəsinin təhsilin məzmununda yer alacağı barədə açıqlama yayıb. O bildirib ki, Təhsil Nazirliyi bununla bağlı ayrıca əmr imzalayıb: “Əmrə əsasən, Vətən müharibəsinin bütün qəhrəmanlıq salnaməsi ilə bağlı ayrı-ayrı məqamlar incəliklə araşdırılacaq və tədrisin məzmununda əks olunacaq.
Bunun üçün təhsil mütəxəssisləri həmkar qurumlarla çalışır və Vətən Müharibəsinə dair ibrətamiz faktları toplayır, mövzular işlənərək həm dərsliklərimizdə, həm də tədrisin məzmununda yer tapacaq. Bu proses hələ yekunlaşmayıb, davam edir və yekunları ilə bağlı ictimaiyyətə vaxtaşırı məlumat veriləcək".
C.Valehov həmçinin deyib ki, Vətən müharibəsi qalibiyyətlə yekunlaşıb. Bu şərəfli tarixin iştirakçısı olan on minlərlə insana böyük sevgi borcumuz var. Şəhid olan cəngavərlərimizi, qazi olan qəhrəmanlarımızı ehtiramla yaddaşlarımıza həkk edəcəyik.
Sözügedən açıqlama ilə bağlı “Şərq”ə danışan təhsil eksperti Kamran Əsədov Birinci Dağlıq Qarabağ müharibəsinin nəticələrinin bizim üçün çox da ürəkaçan olmadığını söyləyib:
“Birinci Qarabağ savaşının məzmunu dərsliklərimizdə öz əskini tapdı. İndiyə qədər tarix, ədəbiyyat və digər kitablarda əsasən bədbin ruhlu materiallara yer verilirdi. Eyni zamanda bu günə qədərki kitablara baxanda şagirdlərə işğal edilmiş torpaqların geri qaytarılması istiqamətində məlumatlar öyrədilirdi.
Amma 2021-ci ildə dərc olunan dərsliklərdə məzmun tamamilə dəyişəcək. Artıq qələbədən, şanlı tarixdən danışacağıq. Orta təhsil məktəblərində istifadə olunan 5, 9 və 11-ci sinif tarix kitablarında bir sıra dəyişikliklər olacaq.
Öncə üz qabıqlarının dizaynı ilə əlaqəli işlər görüləcək. Xüsusilə də 5, 9, 11-ci sinif tarix kitablarında Azərbaycanın 44 günlük qələbə tarixində xüsusi rol oynayan şəxslər haqqında yazılacaq, onların şəkilləri əks olunacaq.
Materiallarda torpaqlarımızın işğaldan azad olunması qeyd ediləcək. Eyni zamanda ədəbiyyat kitablarında Vətən müharibəsi ilə bağlı hekayələr olacaq.
Hətta ibtidai siniflərə vətənpərvərlik ruhunda şeirlər, hekayələr öyrədiləcək. Bizim gənc nəsil şagirdlər milli ruhda böyüsünlər. 2021-ci ildə 1-ci sinifdən 11-ci sinfə qədər bütün kitablarda dizayndan tutmuş şəkillərə qədər dəyişəcək.
Çünki əvvəllər bütün dərsliklərdə qan yaddaşımız, ərazilərin işğalı verilirdi. İndi isə Ali Baş Komandanımızın səyi nəticəsində işğal sona çatdı. Bütün faktlar tarix kitablarında yazılacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Ev süni intellekt üzrə ilk milli siyasət çərçivəsini təqdim edib
20:24 20.03.2026
Dünya
KİV: Tramp İranla müharibə üçün 200 milyard dollar istəyir
20:11 20.03.2026
Dünya
İranın ali rəhbəri Türkiyəyə hücumlara münasibət bildirib
19:49 20.03.2026
Region
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya