Vətən qarşısında borcumuzu bir-bir yerinə yetirməliyik
08:36 17.11.2020
Tarix
1364
Tarixi adların geri qaytarılması mühüm məsələdir
Coğrafi adlar yerin yaddaşıdır. Onların müqəddəs tutulması çox vacibdir. Məlum olduğu kimi, Dağlıq Qarabağda zaman-zaman Azərbaycan tarixinə aid toponimlər kütləvi şəkildə ermənilər tərəfindən dəyişdirilib. İşğal dövründə bəzi adlar tərcümə edilib, bəzilərinə isə yeni erməni adları qoyulub. Qeyd edək ki, Dağlıq Qarabağ coğrafiyasındakı şəhərlərin, kəndlərin hamısının qədim, ilkin adları "Kitabi-Dədə Qorqud" dastanında, yazılı ədəbiyyata aid digər mənbələrdə dəqiqliklə göstərilib. Hələ VII əsrdə "Kitabi-Dədə Qorqud" dastanında Azərbaycan da daxil olmaqla, dəmir qapı Dərbənddən Göyçə gölünə, Borçalıya qədər olan bütün ərazilərdəki yer adlarının hamısı öz əksini tapıb.
Orada Azərbaycan, Şərqi Anadolu, Araz çayı və onun ətraf əraziləri, gürcü torpaqları var, amma bu böyük ərazidə ermənilərlə bağlı bir toponim yoxdur. Amma Dərbənddən Göyçə gölünə, Ağrıdağa qədər olan ərazilərdə ermənilərlə bağlı bir yer adı olmadığı kimi, erməni dilinə uyğun olan bir kəlmə söz də yoxdur. Bu onu göstərir ki, ermənilər bu torpaqda qətiyyən yaşamayıblar. Bizim borcumuz ermənilərin sonrakı dövrlərdə süni şəkildə erməniləşdirdikləri qondarma yer adlarının əsl adlarını qaytarmaqdır. Ermənilər hər zaman başqa ölkələrə satqınlıq etməklə qədim Azərbaycan torpaqlarında öz mövqelərini gücləndirməyə çalışıblar.
Tarixçi-alimBoran Əzizli "Şərq"ə açıqlamasında qeyd edib ki, ermənilər Azərbaycan məscidlərini, qəbiristanlıqlarını dağıtdıqları kimi yer adlarına da vandalcasına hücum ediblər. Ekspert vurğulayıb ki, torpaqlarımızı azad etməklə yanaşı, onların tarixi adlarının geri qaytarılması da mühüm məsələdir:
"İlk olaraq, qeyd edim ki, torpaqlarımızın azad edilməsi bizi çox sevindirir. Paralel şəkildə bəzi işğaldan azad olunmuş ərazilərimizin tarixi adlarının bərpası da bizlərə ayrıca sevinc hissi yaşadır.
Ali Baş Komandan tərəfindən ermənilərin Madagiz adlandırdığı ərazinin işğaldan azad edilən anda tarixi adı olan Suqovuşan adlandırılması çox qürurverici bir addım idi. Xüsusi olaraq qeyd edim ki, torpaqlarımızın işğaldan azad olunmasında hər birimiz şəhidlərimizə və qazilərimizə borcluyuq.
Onları hörmətlə yad eləmək çiyinlərimizin borcudur. Tarixən də bəzi torpaqların alınmasında böyük fədakarlıq və qəhrəmanlıq nümayiş etdirmiş ayrı-ayrı sərkərdələrin, döyüşçülərin adlarının yer adlarına verilməsinə rast gəlinir.
Amma elə yer adları var ki, onlar bilavasitə xalqın etno-tarixi yaddaşında dərin iz qoyub və onlar xalqın formalaşması ilə bilavasitə bağlıdır. Hesab edirəm ki, belə yer adları xalqımızın yaranışı ilə bağlı olduğu üçün saxlanılsa yaxşıdır.
Amma belə olmayanlara isə şəhidlərimizin adlarının verilməsini məqsədəuyğun hesab edirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Öldürülən ABŞ pilotunun atası İranla müharibəyə qarşı çıxdı
20:36 20.03.2026
Dünya
Ağ Ev süni intellekt üzrə ilk milli siyasət çərçivəsini təqdim edib
20:24 20.03.2026
Dünya
KİV: Tramp İranla müharibə üçün 200 milyard dollar istəyir
20:11 20.03.2026
Dünya
İranın ali rəhbəri Türkiyəyə hücumlara münasibət bildirib
19:49 20.03.2026
Region
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya