Dünyanın milyonlarla internet istifadəçisinin, tədqiqatçısının müraciət etdiyi Vikipediya Elektron Ensiklopediyasında yaradılan Füzuli bölməsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin xatirəsini əbədiləşdirmək məqsədi ilə 1996-cı ildə onun anadan olmasının 500 illik yubileyi münasibətilə Azərbaycanda "Füzuli Ensiklopediyası" nın hazırlanaraq nəşr edilməsi, Füzuli Beynəlxalq Mükafatının təsis edilməsi, Bakı şəhərinin mərkəzində dahi şairin möhtəşəm heykəlinin ucaldılması, ölkənin Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna ədibin adının verilməsi və onlar haqqında məlumatlar fotoşəkillər öz əksini tapıb.
Vikipediyada Məhəmməd Füzuli haqqında Özbək dilində
bölmə...
15:29 20.04.2020
Tarix
1054
Vikipediyada dahi Məhəmməd Füzuli haqqında Özbək dilində bölmə istifadəyə verilib.
"Sherg.az" xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə dünya ədəbiyyatında lirik poeziyanın ən nəhəng simalarından biri olan Azərbaycan poeziyasının zirvəsi, dahi söz ustadı Məhəmməd Füzuli haqqında Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında Özbək dilində bölmə yaradılıb.
Bölmədə dahi şairin həyatı, yaradıcılığı, əsərləri, qəzəlləri, şeirlərinə yazılan musiqi əsərləri, xatirəsini əbədiləşdirmək məqsədi ilə Azərbaycanda görülən işlər haqqında geniş məlumatlar verilir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Məhəmməd Füzulinin irsi, yaradıcılığının Azərbaycan xalqı ilə yanaşı, bütün bəşəriyyət üçün maraqlı və dəyərli olduğunu söyləyərək Azərbaycan ədəbiyyatında Füzulinin şəxsiyyətinin, onun sənətinin ən uca zirvədə dayandığını bildirib. O, Füzulini Azərbaycan poeziyasının milli dühası, onun qüruru adlandıraraq, onu ədəbi dilimizin yaradıcılarından və Şərq poeziyasının da zirvəsi kimi səciyyələndirmişdir.
Dünyanın milyonlarla internet istifadəçisinin, tədqiqatçısının müraciət etdiyi Vikipediya Elektron Ensiklopediyasında yaradılan Füzuli bölməsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin xatirəsini əbədiləşdirmək məqsədi ilə 1996-cı ildə onun anadan olmasının 500 illik yubileyi münasibətilə Azərbaycanda "Füzuli Ensiklopediyası" nın hazırlanaraq nəşr edilməsi, Füzuli Beynəlxalq Mükafatının təsis edilməsi, Bakı şəhərinin mərkəzində dahi şairin möhtəşəm heykəlinin ucaldılması, ölkənin Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna ədibin adının verilməsi və onlar haqqında məlumatlar fotoşəkillər öz əksini tapıb.
Daha sonra bölmədə şairin adı verilən Füzuli rayonu haqqında da məlumat verilir və rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi qeyd olunur.
Alt bölmədə Özbəkistanda Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində 2019-cu ildə yaradılan M.Füzuli adına Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzi haqqında məlumat yerləşdirilmiş, Mərkəzin əsas məqsədinin isə Azərbaycan dili və ədəbiyyatının öyrənilməsi və təbliği olduğu yazılır.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Mərkəzin Vikipediya könüllüləri ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının "Vikipediya" könüllüləri arasında təcrübə mübadiləsi və bu istiqamətdə əməkdaşlıq həyata keçirilir.
Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, Mərkəzin sifarişi ilə bu il dahi Azərbaycan şairi Məhəmməd Füzulinin əsərləri Özbək dilinə tərcümə işi həyata keçirilir və şairin əsərlərinin Özbək dilində Daşkənddə nəşri planlaşdırılır.
Vikipediyada dahi Məhəmməd Füzuli haqqında Özbək dilində bölmə ilə https://uz.wikipedia.org/wiki/Fuzuliy linkində tanış olmaq mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol