Xocalı soyqırımını tanıdaq: “Daha geniş təbliğatlar aparmalıyıq”
Fidan Həmişəyeva
14:46 18.02.2021
Tarix
946
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərində soyqırımı törədərək 613 nəfər Xocalı sakinini qətlə yetirib. Qarlı fevral gecəsində yüzlərlə soydaşımız əsir düşüb, girov götürülüb. Soydaşlarımız erməni təcavüzündən yayınıb meşələrə, dağlara qaçsa da, onların çoxu soyuqdan, şaxtadan məhv olub.
Bu il tariximizin qanlı səhifəsinə yazılan Xocalı hadisəsindən 29 il ötür. Erməni faşistlərinin vandallıqlarının, bütün həqiqətlərimizin dünyaya çatdırılması çox önəmlidir. Bu baxımdan bütün dünyanın gözü qarşısında baş verən dəhşətli soyqırımının əsl mahiyyəti beynəlxalq aləmə çatdırmaq istiqamətində geniş işlər görülməlidir.
“Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı “Sherg.az”a açıqlamasında vurğulayıb ki, uzun zamandan sonra torpaqlarımız işğaldan azad edildi, 30 illik həsrətə son qoyuldu. Amma xalqımıza qarşı çəkilən heç vaxt unudulmayacaq:
“Ona görə də Xocalı soyqırımının dünyada tanıdılmasından sonra ermənilərdən təzminat istənilməsi gündəmə gətirilməlidir. “Xocalıya ədalət” kampaniyası çərçivəsində kifayət qədər işlər görülür. Təbii ki, bundan sonra da xeyli işlər həyata keçirilməlidir. Bütün dünya Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımı qəbul etməlidir. Bundan sonra beynəlxalq hüquqda ermənilərdən təzminat istənilməsi diqtə edilməlidir”.
E.Eyvazlı qeyd edib ki, Xocalı soyqırımın dünyada tanıdılması istiqamətində jurnalislərin də üzərinə böyük vəzifə düşür:
“Fikrimcə, Xocalı hadislərinin təbliği üçün ciddi işlər görməliyik. Torpaqlarımız işğaldan azad edilib deyə, sakit durmalı deyilik. Əksinə bundan sonra daha geniş və dərin təbliğatlar aparmalıyıq.
Hər birimiz əlimizdən gələnləri edib, mövcud resurslardan kifayət qədər yararlanmalıyıq. Xarici jurnalistlərin Bakıya dəvət olunması nəzərdə tutulur.
Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Azərbaycan Diasporunun üzərinə də böyük iş düşür. Ərazi bütövlüyümüz bərpa edilsə də, bizə vurulan yaralar sağalmayıb.
Bu yaralar o zaman sağalacaq ki, ermənilər layiqli cəzalarını alaraq təzminat ödəsinlər və bu vəhşilik bütün dünyada qəbul olunsun”.
Oxşar xəbərlər
GİZLİNLƏR: Stalinin cənazəsi Mavzoleydən necə çıxarılıb? - Tarixçi təfərrüatları açıqlayıb
12:04 31.10.2026
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
00:41 28.10.2026
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat