Yerdəki daşları götürüb hörmək lazımdır
23:46 15.02.2021
Tarix
853
Şuşa qalasının qədimliyini saxlayıb gələcək nəsillərə ötürməliyik
Bu il 270 yaşı olan tarixi Şuşa qalası nəhayət ki, öz sahibinə - Azərbaycana Vətən müharibəsində verilən canlar hesabına geri qayıtdı. Şuşanın azad olunduğu 8 noyabr günü, həmçinin, Zəfər günü kimi qeyd olunacaq.
Azərbaycanın Şuşaya, eləcə də onun mədəni və tarixi abidələrinə necə dəyər verdiyi elə oranın azad edilmə planından aydın idi. Müzəffər ordumuz oranı bir dənə də olsun iriçaplı silahlardan istifadə etmədən, əlbəyaxa döyüşlərlə, fiziki güc hesabına azad etdi...
Hazırda isə Qarabağın ətraf rayonları ilə bərabər Şuşanın, həm də 3 əsr yaşı olan tarixi Şuşa qalasının bərpasına başlanılıb. Qeyd olunur ki, bərpa prosesinə 22 mütəxəssis cəlb olunub. İlkin mərhələdə görülən işlərin gələn ayın sonlarına doğru yekunlaşacağı gözlənilir. İşlər yekunlaşdıqdan sonra növbəti mərhələdə daha geniş bərpaya başlanılacaq.
Məsələ ilə bağlı "Şərq"ə danışan Azərbaycan Memarlar Assosiasiyasının prezidenti Zemfira Budaqova indiki zamanda bizə qala tikmək lazım olmadığını, qalanı məhz əvvəlki kimi öz daşları ilə bərpa edilib gələcək nəsillər üçün saxlanılmasının vacibliyini qeyd etdi:
"Qalanı bərpa etmək üçün dəvət edilən 22 nəfərin adı açıqlanmasa da hər halda onlar sıradan adamlar deyillər.
Mən istəməzdim ki, qalaya başqa əlavə daşlar hörülsün. Təmizlənə bilər, bərpa edilə bilər, lakin qədimliyi saxlamaq üçün heç daşların yonulmasına da razı olmazdım.
Qalanın sökülmüş yerlərini istəməzdim ki, başqa daşlarla təmir etsinlər. Elə öz daşları ilə uyğunlaşdırıb düzəldə bilərlər.
Mən özüm də bərpa prosesində iştirak etmək istəyərdim. Təbii ki, öz təkliflərimi vermişəm. Lazım olsam yəqin ki, çağıracaqlar.
Əlbəttə ki, qədimliyini saxlamaq, köhnə daşlara dəyməmək şərti ilə, sökülən daşları öz yerlərinə bərpa etməklə əsaslı təmir ola bilər".
Memar qalanın müasirləşdirilməsindən ehtiyatlanaraq onun tikilməsini deyil, tam əvvəlki halına oxşadılmasının daha önəmli olduğunu da qeyd etdi:
"Qalanı bərpa etmək o demək deyil ki, biz qalanı yenidən tikək. O qala divarı vaxtilə necə olubsa və erməni təcavüzündən sonra hansı hala düşübsə, onu gələcək nəsillərə saxlamaq lazımdır. Çünki indi bizə qala divarları lazım deyil. Görün İçərişəhərdə qala divarlarını nə hala salıblar? Köhnə daşların yerinə təzə daşlar qoyublar. Qədimliyi özündə saxlamaq üçün divarlar necə varsa elə də qalmalıdır.
Biz indi özümüzü kimdən mühafizə etmək üçün qala tikirik? Əlbəttə ki, bu, o vaxtı lazım idi. Çünki biri-birləri ilə düşmən olan xanlıqlar mövcud idi. Ona görə də həmin qala divarları tikilmişdi. İndi artıq elə bir situasiya olmadığına görə qala divarları tarixi abidə kimi qalmalıdır. İndi ora əlavə daşlar qoyub divarları qala şəklinə salmaq lazım deyil".
Ağarza Elçinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya