Azərbaycan Respublikasının Gənclər Fondu "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi" istiqaməti üzrə 23 may - 23 iyun 2019-cu il tarixlərində müsabiqə elan edib.
Oxu.Az xəbər verir ki, fondun müəyyən etdiyi qaydalara uyğun olaraq, müraciət edən, qəbul olduğu ali təhsil müəssisəsi fondun təqdim etdiyi universitet siyahısında və ixtisası prioritet ixtisaslar siyahısında yer alan şəxslər 15-31 iyul 2019-cu il tarixlərində həyata keçirilən müsahibələrə dəvət edilib.
Müsahibələrin nəticələri, şəxslərin akademik göstəriciləri (qəbul balı, təhsili üzrə orta müvəffəqiyyət göstəricisi, beynəlxalq dil qiymətləndirilməsi və s.) nəzərə alınmaqla müqayisəli şəkildə təhlil edilərək "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi" istiqaməti üzrə aşağıdakı siyahıda qeyd edilən şəxslərin təhsil xərcinin maliyyələşdirilməsinə qərar verilib.