Başqa çıxış yolu yoxdur! - “Distant təhsili real şəraitə uyğunlaşdırmaq olar” 

Distant təhsil forması müəyyən məsafədən həyata keçirilən təlim sistemidir. Koronavirus pandemiyası ilə əlaqədar  şagird və tələbələrin proqramdan geri qalmamaları üçün onlayn təhsilə başlanılıb.

Tərəflər məsafədən, yəni onlayn mühitdə bir- birləri ilə ünsiyyətdə olurlar. Bu isə bütün dünyada olduğu kimi Azərbaycanda distant təhsili zəruri edir. Distant təhsilin xarakterik xüsusiyyətlərinə çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, müasir texnologiyalardan istifadə və s. aiddir. Məhz buna görə də distant təhsil ən önəmli təhsil metoduna çevrilib.


Maraqlıdır, görəsən distant təhsilin Azərbaycanda da tətbiqi mümkündürmü və bunun üçün yetərli imkanlar varmı?  



Mövzuyla bağlı “Sherg.az”a danışan filologiya üzrə fəlsəfə doktoru, təhsil eksperti Rafiq İsmayılov bildirib ki, distant təhsil çoxdan mövcuddur. Elə universitetlər var ki, bu təhsil sahəsində ixtisaslaşıblar:
“Güman edirəm ki, indiki şəraitdə müəyyən texnologiyaların köməyilə distant təhsili təbii, real şəraitə uyğunlaşdırmaq olar. Başqa çıxış yolu yoxdur.  Təhsil sisteminin inkişafı, formalaşması istiqamətində müəyyən tədbirlər görülməlidir. Çünki tədris yalnız bilik vermir, həm də bilikləri qiymətləndirir. Təhsil Nazirliyi elə portallar yaratmalıdır ki, şagirdlərdə hiperaktivlik təmin olunsun, onların qiymətləndirilməsi rahat şəkildə həyata keçirilsin”.

Fidan HƏBİBLİ