“Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanın keçirilmə tarixlərinə və formatına dair təkliflər nəzərdən keçirilir və müxtəlif ssenarilər hazırlanır”.
Oxu.Az-ın məlumatına görə, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.
O bildirib ki, növbəti həftə MİQ imtahanı üçün qeydiyyat tarixləri və imtahanın keçirilmə formatına dair rəsmi məlumat veriləcək:
“Hazırda MİQ imtahanın ləğv edilməsi müzakirə olunmur”.