Təhsil Nazirliyi: “İmtahanlar yenə də şəffaf şəkildə keçiriləcək”

"Təhsil Nazirliyinin bütün qurumlarında kifayət qədər əməkdaş çalışır. Bakı şəhərində böyük bir məkanda imtahan zamanı 100-ə yaxın əməkdaş cəlb olunurdusa, müxtəlif ərazilərdə 30-40 müəllimin iştirakı ilə keçirilən zala 3-4 nəzarətçi bəs edəcək".
Oxu.Az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov canlı yayımda müəllimlərin işə qəbulu üzrə müsabiqədən danışarkən deyib.

Onun sözlərinə görə, imtahana nəzarət prosesi bütün hallarda şəffaf şəkildə keçiriləcək:

"İmtahan iştirakçıları buna görə narahat olmasın. Müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar yenə də şəffaf şəkildə keçiriləcək. Nazirliyin bu məsələyə nəzarət üçün cəlb edəcəyi kifayət qədər əməkdaşı var".