Emin Əmrullayevdən distant təhsillə bağlı AÇIQLAMA


“Distant təhsili müəyyən mənada öyrəndik, lakin hələ də öyrənəcək mövzular çoxdur”.

Bu barədə Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda ünvanlanan sualları cavablandırarkən deyib.

O bildirib ki, hazırda “Ali təhsil haqqında” qanun müzakirə edilir:

“Ola bilər ki, həmin qanunda distant təhsilin qanunvericilikdə normalarını müəyyən edə bilərik. Bununla da distant təhsilin kütləviliyini təmin etmək istiqamətində vacib addım atılmış olar. Texnologiyaların inkişafı təhsilin əlçatanlığına xidmət edən məqam ola bilər”.