“Ölkə başçısının tapşırığı illə ötən iki semestr ərzində sosial cəhətdən həssas təbəqəyə aid olan tələbələrin təhsil haqqı ödənilib”.
Bu barədə Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda ünvanlanan sualları cavablandırarkən deyib.
O bildirib ki, ünvanlı sosial yardım alan, əlilliyi olan, valideynləri işsiz olan tələbələrin təhsil haqqları ödənilib:
“Ümumilikdə təxminən 15 minə yaxın peşə, orta ixtisas və ali təhsil alan tələbələrin təhsil haqqı ödənilib. Təbii ki, növbəti semestrda situasiyadan asılı olaraq bu məsələ müzakirə edilə bilər. Hər hansı qərar olarsa Təhsil Nazirliyi bundan irəli gələn məsələni icra edə bilər”.