Pandemiya dövründə müəllimlərin sertifikasiyası olmayacaq.
Bu barədə Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda ünvanlanan sualları “Facebook” səhifəsində cavablandırarkən deyib.
Onun sözlərinə görə, nazirlik sertifikasiyanın keçirilməsini istəyir:
“Lakin, böyük ehtimalla yaxın 6 ay ərzində bu sertifikasiyasının keçirilməsi gözlənilmir. İlin ikinci yarısı bu məsələyə yenidən baxılacaq. Mövcud situasiya nəzərə alınaraq, qiymətləndiriləcək və müvafiq qərar veriləcək”.