“Azərbaycanda yeni ixtisaslar yaradılacaq”.
Oxu.Az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev Real Tv-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, növbəti tədris ilində yeddi ixtisas yaradılacaq:
“Uğurlu olan SABAH qruplarının magistratura səviyyəsində yeni olan - kiber təhlükəsizlik, kompüter elmləri, şəhərsalma və planlaşdırma və sair ixtisaslar yaradılacaq”.
Nazir qeyd edib ki, Azərbaycanda peşə təhsilinin də inkişafı ilə bağlı işlər görülür:
“Hazırda peşə təhsilin nüfuzunun qaldırılması istiqamətində işlər aparılır. Biz sentyabr ayında qısa müddətli kursların hazırlanması, yüksək peşə ixtisası modelləri üzərində yeni peşə ixtisası təhsillərini təhvil vermək istəyirik. Bu təxminən 600-ə yaxın şagirdi əhatə edəcək”.