“Mən məktəbdaxili qiymətləndirmələrin azaldılmasının tərəfdarıyam. Fikrimcə, bu məsələ ictimaiyyətdə müzakirə olunmalıdır”.
Oxu.Az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev özünün “Facebook” hesabında canlı yayım zamanı bildirib.
Onun sözlərinə görə, məktəbdaxili qiymətləndirmədə bir neçə istiqamət əsas götürülməlidir:
“Şagirdin qiymətini yazmaq baxımından qiymətləndirmə keçirməyə ehtiyac yoxdur. Əsas şagirdin bacarıqlarının düzgün qiymətləndirilməsi lazımdır. Əvvəlcə, şagirdin dərs yükünü azaltmaq lazımdır”.
“Məktəbdaxili qiymətləndirmə ilə bağlı köklü və əsaslı müzakirələr aparılmalıdır”, - deyə nazir əlavə edib.