Bakı İslam Universitetinin məzunlarına diplomların verilməməsi və tanınmaması ilə bağlı məsələ araşdırılır.
Metbuat.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Facebook”da canlı yayım zamanı bildirib.
Nazir qeyd edib ki, Novruz bayramından sonra araşdırmanın nəticəsi açıqlanacaq: "2000-ci ildən sonra təhsil alan 4000-dən çox tələbə diplom istəyir. Bu məsələyə qaydalar konteksində yanaşılır. Həm Dövlət İmtahan Mərkəzi, həm də digər aidiyyəti qurumlarla birlikdə araşdırma aparılır”.
Qeyd edək ki, ötən günlərdə Milli Məclisin deputatı Razi Nurullayev çıxışı zamanı Bakı İslam Universitetinin yüzlərlə tələbəsinin diplomsuz qaldığını, bakalavrların isə magisturaturaya daxil ola bilmədiyini demişdi.