“Tədrisin müxtəlif vaxtlarda başlanması təəccüblüdür” - MÜƏMMA

Təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə uzunmüddəti fasilədən sonra Azərbaycanda tədrisin əyani şəkildə bərpa olunacağını bildirib: «Sentyabrın 22-dən birinci siniflərdə, sentyabrın 29-dan isə  5-ci və 11-ci siniflər, orta və ali ixtisas məktəblərində tədris ənənəvi olaraq başlayacaq”.
Məsələ barədə fikirlər müxtəlifdir. Bəziləri bunu məqbul hesab etsələr də, bir qrup insanın, o cümlədən ekspertlərin fikrincə, dərslərin ənənəvi formada başlanması üçün tez idi. Xüsusilə son vaxtlar müəllimlər arasında koronavirusdan ölüm hallarına rast gəlinməsi on deməyə əsas verir ki, ehtiyatı əldən vermək doğru deyil.

 Təhsil eksperti Nabatəli Qulamoğlu nazirin qərarını “Sherg.az”a şərh etdi: 

“Tədrisin müxtəlif vaxtlarda başlanması təəccüblüdür. Əgər müəllimlər vaksinlə təmin olunublarsa, niyə dərslərin başlanması gecikir? Üstəgəl, nəzərə almaq lazımdır ki, 18-dən yaşdan aşağı şəxslərin, yəni məktəblilərin peyvəndə ehtiyacı yoxdur. Fikrimcə, dərslərin başlanması ictimai-siyasi proseslərə təsirlə bağlıdır. Təhsildən ötrü kiminsə ürək yanğısının olduğunu düşünmürəm”.