Azərbaycanda şagirdlərin yerdəyişməsi dayandırılıb

Şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu bu gün saat 20:00-dan müvəqqəti olaraq dayandırılır.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sorğuların qəbulunun müvəqqəti dayandırılması yeni tədris ili ilə əlaqədar siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

Qeyd edək ki, 16 sentyabr saat 20:00-dan etibarən isə portalda ümumi təhsil müəssisələri tərəfindən sorğuların təsdiqi funksiyası müvəqqəti işləməyəcək.

Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.