Tənəffüsdə şagirdlərin bir araya toplanmasına icazə verilməyəcək

“Şagird sayı sıx olan siniflərlə bağlı təlimat hazırlanır”. 
Oxu.Az-ın məlumatına görə, bunu “Media və təhsil dialoqu” təlimində Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin məsləhətçisi Elçin Kərimov bildirib. 

O bildirib ki, məktəblərdə tənəffüs zamanı şagirdlərin bir araya toplanmasına icazə verilməyəcək: 

“Şagird sayı sıx olan siniflərin daha böyük ölçülü siniflərə keçirilməsi nəzərdə tutulur. Əyani tədrisin bərpası zamanı bir partada bir yox, iki uşağın da oturması nəzərdə tutulur”. 

“Təhlillər aparılıb, həmin siniflərin daha böyük ölçülü otaqlarda yerləşdirilməsi nəzərdə tutulur. Çünki şagird sayı çox olan sinifdə artıq 1,5 metrlik məsafə gözlənilmir. Hazırlanan yeni təlimat yaxın zamanlarda ictimaiyyətə çatdırılacaq”- deyə o qeyd edib.