Bakıda məktəb koronavirusa görə bağlandı


Paytaxtdakı 45 nömrəli tam orta məktəbin fəaliyyəti distant formasında davam etdiriləcək.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Belə ki, 45 nömrəli tam orta məktəbdə COVID-19 infeksiyasına yoluxma sayının artması ilə əlaqədar məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.

Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 45 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.