Məktəblərdə bayramdan sonrakı ilk dərs günü nə vaxtdır? - AÇIQLAMA

28 May - Müstəqillik Günü ilə əlaqədar olaraq, beşgünlük iş rejimində çalışan məktəbəqədər və ümumi təhsil müəssisələrində mayın 27-si həftənin son iş (dərs) günüdür.
Təhsil Nazirliyindən verilən məlumata görə, bayramdan sonrakı ilk iş (dərs) günü mayın 31-dir.
Altıgünlük iş rejimində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrində də mayın 27-si həftənin son iş (dərs) günüdür. Bayramdan sonrakı ilk iş (dərs) günü isə mayın 30-u müəyyən olunub.