Cəsarət
Əliyev
AMEA-nın özü və adı ilə bağlı çox problemlərləüzləşmişik.Onlardan
üçü AMEA-nın adında dillə bağlıdır:
1.
MEA-da “Milli” sözü“Elmlər”ə yoxsa
“Akademiya”-ya aiddir?
2.
MEA-da “Milli” sözünün anlamı nədir?
O, etnik, etnos, milliyət anlamında işlədilir, yoxsa hansısa başqa anlamda?
3.
Bütövlükdə MEA-nın anlamı nə?
İllər
öncə “Milli də elm olar” kəlməsi ilə bir jurnalist yazısında üzləşmişdik. Düzü,
o sürə bunu qulaqardına vurduq. Ola bilsin düşüncəsində hər hansı bir
qarmaqrışıqlıqdan, xaosdan doğub, dedik. Belə primitiv nəsnələri hamı görəsi
baxışa çıxarmaq olmaz. Axı deyilən hər bir söz, öncə söz yiyəsi, sonra isə yönəldildiyi
problem haqqında fikir yaradır.
Kim
bilir, bəlkə də indiki ucdantutma “cücərmə”o sürədəki“səpin”lə bağlıdır?!Jurnalist
peşəsi ilə akademiklik, professorluq arasında fərq çox olsa da, axı hamımız bir
kənddənik.Funksional savadsızlıq, düşüncə qırıqlığı haqqında dəfələrlə
yazmışıq. Yüz illər öncə də yazılıb. Fərq ondadır ki, o sürə bunlar
savadsızlıqdan törəyirdi, indi isə yalnız korrupsiya yolu ilə professor,
akademik “biliti” almışların “savad qıcqırması”ndan (gəncləri və öyüdü qoyaq
bir yana, nə tökərsən aşına ..., bax,Öyrətmə nə?, https://sherg.az/arxiv/106457). Çoxdan başlamış, amma indi ayaq açıb yeriyən
bu düşüncə tərzində yanlışlıq “Milli”nin
"Akademiya"ya yox “Elm”ə aid
edilməsindədir. Əlbəttə, belə olanda “Milli də elm olar” kimi sorğu qalxacaq.
Üç gəlmə sözdən – milli, elm və akademiya sözlərindən azərbaycan dili düzəldiləndə,
belə nəsnələr gözləniləndir.
Sorğulara bir yerdə baxaq. Bir
yandan, “Milli Elmlər Akademiyası”nın yalnız bizə aid olub dünyada işlədilmədiyini
deyənlər, o biri yandan, millinin etnik anlamı daşıdığını düşünüb dəqiq elmlərin
milli olmadığını söyləyənlər var.
“National Aсademy of Siences”-NAS, bir çox, o
cümlədən “Amerika Milli Elmlər Akademiyası”nın (gələcəkdə AmNAS) adıdır. Həm
ingilis, həm də rus dillərində dil quruluşu elədir ki, millinin elmlərə yox
akademiyaya aid olduğu aydın görünür:
National
Aсademy of Siences (ingilis), Национальная
академия наук (rus).Bizdə isə bunu, doğru anlamına uyğun olaraq “Elmlərin
Milli Akademiyası” kimi yazmaq olardı. Amma “National”in bu söz birləşməsində Dövlətvə ya Toplumanlamında
işlədildiyini bilərək (daha etnik, milliyət anlamında yox), “Azərbaycan Dövlət Biliklər
Akademiyası” yazmaq yaxşı olardı. “Dövlət” sözü də atılsa “Azərbaycan Biliklər
Akademiyası” – ABA daha lakonik və anlamlı olar. Onda dilimizdən heç olmazsa iki söz bu kəlmədə
özlərinə yer tapar. Baxmayaraq AmNAS-da “National”“dövlət” anlamında işlədilir,
onun nizamnaməsində gəlir götürməyən (non-profit, gəlir götürmək istəyi olmayan)
və hökumət ya dövlət tərəfindən yönəldilməyən (idarə olunmayan, non-governmental)bir
qurum olduğu vurğulanır.
Hər üç sorğu cavablandırıldı: (1) Milli
sözü elmlərə yox akademiyayaaiddir, (2) MEA-da o, dövlət və ya toplumanlamında
işlədilir, (3) MEA dövlətin və ya toplumun elmlər akademiyası kimi başa
düşülür.
Bir məsələyə də baxaq. O, təbii
olaraq ortalığa çıxdı. Axı AmNAS-da akademiyanın gəlir götürməyən bir qurum
olduğu vurğulanır. Bunula yanaşı ABŞ dünyada nəzəri bilik sonuclarının ürütmədə
(istehsalda) ən çox işə buraxıldığı ölkələrdən biri kimi tanınır. Sovet
sistemində fundamental araşdırmalar yüksək akademik səviyyədə təşkil edilsə də,
ürütməyə çıxış yox dərəcəsində idi. Bilik-ürütmə (elm-istehsalat) birlikləri
olan və daha çox kosmik uçuş aparatlarını, nüvə enerjisinin yaradılmasını öyrənən
institutlar isə, demək olar, tam izalə olunmuşdular, adi insan həyatına
çıxışları yox idi. Öz dövründə çox populyar olan bir misal sovet sistemində
akademik araşdırmaların yönləndirilməsini asan görünən bir nəsnə edir: Doğru ya
qurama olduğunu deyə bilməyəcəyimiz bu misalda deyilirdi ki, Yaponiyadan sovetlər
ittifaqında bir məktəbliyə qonorar göndərilir və yazılır ki, bu, ondan yana ki,
sizin “Kvant” jurnalında çap olunmuş ideyanız əsasında biz cihaz düzəltdik, bu
da, sizin ideya yiyəsinə düşən payınızdır. Hə, fundamental araşdırmalarda
alınanlara gərəyincə dəyər verilmirdi. Elmi araşdırmaların yönəldilməsi düzgün
qurulmamışdı.)
Elmi araşdırmaların ürütməyə
çıxması üçün ayrıca qurum yaradılmalıdır. Yaxşı olar ki, akademiyadan kənarda.
Günbatanda çoxdan oturuşub: Bəstəkar-müğənni tandemi prodyuserin köməyi ilə işlərini
yayır, gəlirli edir; bir başqa halda varlı bir kəs işin ürütülməsi üçün maya
qoyur; bütövlükdə isə dövlət bilik düzənlikləri (vadiləri) yaradır (gizli ya
açıq) və həm də orada (!) ürütməyə çıxış
üçün iş imkanı yaradılır. Sonucda (həm oralarda, həm də başqa yerlərdə) “Windows,
Apple, Sony” (və b.) kimi kompüter, “Facebook, Twitter, Tik-tok” (və b.) kimi
informasiya, satış nəhəngləri yarandı. Ortalıqda üzə çıxarılmayan siyasət,
savaşürünləri və b. var.
Bir dəfə AMEA-nın Hüseyn Cavid
prospektində yerləşən binasında 9-cu mərtəbədən liftlə enirdik. 7-ci mərtəbədə
lift dayandı və bir cavan oğlan içəri girdi. O, sonrakı mərtəbədə lifti əylədi
və çıxdı. Bir kəs özünü saxlaya bilmədi və gəncın arxasınca deyindi: Cavan
oğlandı, bircə mərtəbənə olası ki, onu piyada enmir.Dedim, iş təkcə onda
deyilki o, bircə mərtəbəni liftlə düşdü, ondadır ki, o, bu ağılla akademiyada
neyləyəcək.
İndi də, “milli elmdən” dəm vuran
professor və akademiklər belə biliklərlə akademiyada nə etmək fikrindədirlər?
Deyilənlər azmış kimi, onlar
“milli”ni sosial və humanitar elmlərə yapışdırmaq istəyirlər. İlgilidir, onlar
valyutaların bir-birinə nisbətinin ötə axarını humanitar bilik sahəsinə salaraq
hansı tənliklərlə cızacaqlar? Yoxsa onlar bu işi hələ yaranmamış riyazisiyasətin
(riyazi fizika, riyazi biologiya olduğu
kimi) üstünə atmaq istəyirlər? İndi axı
riyaziləşdirilməsi ağla gəlməz sayılan keçmişdə (tarixdə), savaşda (hərbdə)
problemlər modelləşdirilir. Bəlkəonlar, bu
yolda öncə Marksın heç də doğru olmayan ”istismarın nədəni şəxsi kapitaldır”
fikrini doğru olan “şəxsi təmərküz kapital bir kritik qiymətdən sonra sistemdə
dayanıqsızlıq yaradır” fikrinə tamamlamaqla sosial və humanitar elmləri milliləşdirmək
istəyirlər?!(“Təmərküz kapitalın kritik qiymətdən sonra sistemdə dayanıqsızlıq
yaratması”nıbir problem kimi bu “dahilərimiz” hansı biliklərlə yerinə yetirəcək?(Hərdən
“məni a, qəzetlər padişahını” desələr yaxşı olar. Eh, ay Üzeyir bəy!) Cəhd
edin. Birdən, necə deyərlər, “dəlidən doğru xəbər”. Metod kimi, əlbəttə, “dədə-baba
qaydası”nı seçin, yəni ünlü “iki dəfə iki”, ya da tıkkıldatma metodunu. Birdən
riyazi metodlara əl atarsız a, etməyin. Bu işi öz dar sahəsində edənləri
görmüşük. Soruşmayın. (Bir olayı
danışım. 2-metrlik teleskopun yönəldilməsini avtomatlaşdırmaq üçün dışarıdan
işbilən çağırılmışdı. Onlar işlərini
bitirmişdi, amma fırıldaqçılarla (rəsədxana rəhbərliyi) iş gördüklərini və
onların bu işdə küt olduqlarını başa düşərək yönəltməni öz əllərində
saxlamışdılar. Dışarıdan internet xətti ilə razılıq verməsəydilər, teleskop işləmirdi.
Əlbəttə, onlar bunu dar gün - pullarını almadıqları hal üçün etmişdilər. Belə də
oldu. Baxın a, alçaq yığnaq ABA üçün dışda hansı imici yaratdı – firildaqçı
yığnağı. Pul yemək üçün hansı alçaqlıqlara əl atılmırki?
Hə, biz işlə tanış olduqda
soruşduq: Bəs avtomatlaşma hanı? Sorğu dolu şaşırmış gözlərlə baxdılar bizə. Yəni,
bəs bunlar nədir? Yox, dedim. İşdə, sadəcə, elektro-mexaniki düymələrlə yönəltmə
kompüterdəki düymələrə köçürülmüşdü. Yəni öncəki ötələrdə teleskopu işə salmaq
üçün elektro-mexaniki düymələr basılırdısa, indi az qala eyni ardıcıllıqla
kompüterdəki düymələr basılır. Teleskopun avtomatlaşdırılmasının hamıdan gizlin
saxlanması, heç kimin yeyintidən xəbər tutmaması üçün edilmişdi. Əsl tam avtomat teleskopu (proqram-paketi)
biz onların gözləri qarşısında yaratdıq: Girişə obyektin adı və ya kordinatları
verilir və bu sürə teleskop obyektə doğru yönəlir. Özlərinin iştirakı ilə
(teleskopu yönəldənlərin) proqram test edildi və onlar proqramın oturdulmasında
çox kömək etdilər. Doğru anlamda, sağolsunlar.)
Yaxşı olar bu sorğunu gənclərə yönəldək
və ipucu verək: Çağdaş dünyada təmərküz kapitalla kürəvi siyasi yönəltmənin bir-biriylə bağlılığına
və sonuc kimi nə baş verdiyinə baxın. Görünənə baxıb anlamaq, sonra isə qanunları
ortalığa çıxarmaqolar. Tərsi baş verərsə çox yaxşı, yəni öncə problemin nəzəriyyəsi
qurulursa (məsələn, Dirak pozitronun varlığını nəzəri almışdı, Higsdə, eləcə
..., misallar çoxdu), sonra irəliyə proqnoz verilə bilər (21-ci ilin
oktyabrında “Ağsuda batmış şəhər”də, (Şərq qəzeti, 6 oktyabr, 2021, https://sherg.az/tarix/177620),
bu gün dünyada başverənlər proqnoz edilmişdi. Orada başqa nəsnələrə də
toxunulub. Məsələn, nədir sosial turbulentlik? Yenə də ölkədə öyüdün yenidən
qurulması problemi qalxır (bax, məsələn, Öyrətmə nə? (V yazı), https://sherg.az /arxiv/ 106457).
İlkin qoyulmuş məsələlərə qayıdaq.
Sosial-humnitar elmlər milli ola bilərmi? Gör xalçanın təkcə Azərbaycanda neçə
bölgə çaları var, bununla belə o, bəşəridir. Bəşəri olan bütovlükdə “Xalça”
adlı bir nəsnənin yaradılması (dövlət və etnosdan asılı olmayaraq) və onu (biri-birindən
az fərqlə) yaratma vasitələrinin texniki realizasiyasıdır. Boyaların, bəzəklərin,
şəkillərin seçilməsi etnik düşüncə tərzinin gələcəyə kodlaşdırılmış ötürülməsidir.
“Xalçanı oxumaqla”(Çin heroqliflərinin oxunması kimi) etnosun keçmişdə necə
düşünüb-daşındığını, xalçanın toxunduğu dövrə kimi etnos keçmişində nələrin baş
verdiyini qismən öyrənmək olar. Bəşəri olan milli,milli olansa bəşəridir.
ABA – da əsas problem düzgün elmi
stuktur, kadrların seçilməsi, əmək haqqı, kadr hazırlığı və aktual problemlərin
saf-çürük edilərək seçilməsidir. Korrupsiya yolu ilə akademik və institut rəhbəri,
şöbə müdirləri təyin edilməsinə, büdcədən ayrılan pulların yeyintisinə son
qoyulmalıdır. Problemlərin seçilməsindən yanadeyiləni gücləndirməküçün bir
olayı da yada salsaq yaxşı olar. Keçən yüzilliyin 70 – ci illərinin
başlanğıcında Keldış Azərbaycana gəlir. Akademiya rəhbərliyionu, bir çox
institutlarla yanaşı rəsədxanaya da göndərir. O vaxtlar gələn qonaqla elmi
kollektivin görüşü təşkil edilərdi.
Elmdən heçnə deyib-danışa bilməyən (sonralar
birbaşa akademik seçilərək vitse prezident təyin edilən) rəsədxana direktoru
sözü Moskvadan yenicə qayıtmış, perspektivli sayılan müavininə verir. O, cihazlar
və öyrəniləsi problemlərdən danışır.
Söz Keldışa çatır: O, belə texniki
imkanlarla, teleskoplarla siz bu problemlərimi öyrənmək istəyirsiniz, bu, axı
keçmişdir, deyir. Bu sözlər o sürə rəhbərlikdən heç kimə çatmır (o sürə ulduz
müşahidəsi ilə bağlı ən dəbdə olan metod – “spektr alaq, sonra baxarıq ordan nə
çıxır” metodu idi). Sonuc göz qarşısında, bu gün rəsədxananın adı saytlarda hər
tür rüsvayçılıqda hallandırılır.