Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Regional Təhsil İdarələrinin, eyni zamanda, təhsil müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlaması zamanı məlumat verib.
O deyib ki, Regional Təhsil İdarələrinin, eyni zamanda təhsil müəssiələrinin fəaliyyətinə nəzarət müntəzəm xarakter daşıyır.
Onun sözlərinə görə, yoxlama tədbirləri ilin sonunadək davam edəcək:
“Qaydaların və təlimatların pozulması halları yolverilməzdir. Hazırda dövlət ümumi təhsil müəssisələrində rəhbər vəzifələrdə (direktor və direktor müavini) çalışan və ya bu vəzifələrdə çalışmaq istəyən şəxslərə bildirmək istəyirəm ki, sözügedən vəzifələrə təyinat zamanı qanunvericiliyin tələblərinin pozulduğu hallar aşkar edilərsə, bu barədə bilavasitə məsuliyyət daşıyan tərəflər barədə də ölçü götürüləcək, müvafiq tədbirlər görüləcək”.