Oxumağın yaşı yoxdur: 71 yaşlı qadın universiteti bitirdi

Türkiyənin Kütahya şəhərində yaşayan 71 yaşlı evdar qadın Selma Şahin iki il əvvəl başladığı universitet təhsilini uğurla başa vurub. 

Sherg.az xəbər verir ki, uşaqlıqda maddi səbəblərlə təhsilini yarımçıq qoyan Şahin, əvvəlcə orta məktəb və liseni, daha sonra isə Dumlupınar Universitetinin Qrafika və Dizayn ixtisasını bitirib.



Sınıf yoldaşları və müəllimləri onun fədakarlığını və öyrənməyə həvəsini yüksək qiymətləndirib. O, yaşı səbəbilə qarşılaşdığı mənfi münasibətlərə baxmayaraq məqsədindən vaz keçməyib: "Oxumağın yaşı yoxdur. Arzum reallaşdı, çox xoşbəxtəm" deyə bildirib.