
Elektron imtahan nəticələri daha tez açıqlanacaq - EKSPERT
08:50 08.07.2025
Elm və Təhsil
409
Elçin Əfəndi: “Yazılı sualların yoxlanması 3-4 həftə yox, 5-10 gün çəkəcək”
Son illərdə rəqəmsallaşma tendensiyası dünyanın bir çox ölkəsində təhsil və qiymətləndirmə sistemlərini də əhatə etməkdədir. Azərbaycanda da bu istiqamətdə mühüm addımlar atılır. Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin son açıqlaması bu baxımdan xüsusi diqqət çəkir. O, beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxışı zamanı bildirib ki, gələcək 5 il ərzində ölkəmizdə bütün imtahanların elektron formada keçirilməsi planlaşdırılır. Məqsəd daha şəffaf, operativ və təhlükəsiz qiymətləndirmə sisteminə keçid olsa da, bu dəyişiklik həm texnoloji, həm də təşkilati baxımdan bir sıra çağırışlar və suallar doğurur. Elektron imtahanlara keçidin üstünlükləri ilə yanaşı, mümkün riskləri və çətinlikləri də gündəmə gətirməsi məsələyə daha geniş baxış tələb edir.
Qeyd edək ki, dünyada elektron imtahan sisteminə keçid müəyyən mərhələlərdə və geniş hazırlıq prosesi ilə həyata keçirilib. Lakin Azərbaycanın mövcud reallığına istinad edən təhsil ekspertlərinin fikrincə, mövcud problemləri aradan qaldırmadan rəqəmsallaşmanın sürətləndirilməsi təhsil sistemində bərabərsizliyi daha da dərinləşdirə bilər. Bu baxımdan DİM-in tam rəqəmsal imtahan sisteminə keçid planı, prinsipcə, müasir texnologiyaların təhsilə inteqrasiyasını ifadə etsə də, Azərbaycanın mövcud təhsil infrastrukturu, müəllim hazırlığı və şagirdlərin bərabər imkanlara malik olmaması kimi əsas problemlər fonunda bu ideyanın reallaşdırılması ciddi suallar doğurur.

Təhsil eksperti Elçin Əfəndi isə bir çoxlarının əksinə imtahanların rəqəmsal formaya keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib. O, “Şərq”ə açıqlamasında qeyd edib ki, imtahanların rəqəmsal formaya keçidinin müsbət məqamları ondan ibarətdir ki, namizədlər imtahan verdikdən dərhal sonra imtahan nəticələri barəsində məlumat ala biləcəklər:
“Açıq yazılı suallar saxlanılsa da, onların yoxlanılması 3-4 həftə deyil, fikrimcə, 5-10 gün ərzində həyata keçirilə bilər. Bundan əlavə, elektron imtahanların müsbət tərəflərindən biri namizədin kompüter arxasında əyləşərək sualları cavablandırması olacaq ki, bu, imtahan verənlər üçün daha əlverişlidir. Çünki əlavə kağız daşıyıcılarda kağızın zədələnməsi, müəyyən səhvlərə yol verilməsi kimi problemlər var. İmtahanlar kompüterlə olanda bu kimi hallar olmayacaq. Bundan başqa, imtahanları rəqəmsallaşdıra bilsək, bir yox, bir neçə vaxtda imtahan keçirmək olar. Məsələn, buraxılış imtahanı yalnız bir dəfə keçirilir. Bunu artıq bir neçə cəhd formasında etmək olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - VİDEO
15:54 02.10.2026
Cəmiyyət
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
15:49 02.10.2026
Elm və Təhsil
Qayınanası Pünhana 1 kilo yarım qızıl taxdı - VİDEO
15:42 02.10.2026
Şou