Abituriyentlər, DİQQƏT! - İMTAHANDAN BU SUALLAR ÇIXARILDI
11:23 15.05.2020
Elm və Təhsil
1333
Nazirlər Kabineti tərəfindən koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə uyğun olaraq təhsil müəssisələrində tədris prosesi dayandırılıb, infeksiyanın geniş yayılmasına yol verməmək üçün sosial təcridin gücləndirilməsi ilə bağlı müxtəlif qərarlar qəbul olunub. Bu səbəbdən 2020-ci ilin mart-iyun aylarında respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarına əsasən tədrisi nəzərdə tutulan mövzular tədris olunmadığı üçün buraxılış imtahanı proqramlarından çıxarılıb.
Dövlət İmtahan Mərkəzindən "Sherg.az"a verilən məlumata görə, aşağıdakı keçidlərdə 2020-ci ilin yanvar ayında “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc edilmiş ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları qısaldılmış formada təqdim edilir. Təqdim olunan proqramların qısaldılmış variantında bölmə başlıqları nömrələnmiş və fənn üzrə proqramın sonunda çıxarılan mövzular qeyd olunub.
ÜMUMİ (9 illik) ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ
http://dim.gov.az/upload/iblock/e2c/e2ce70de6c345ed6caf4c938e06d67fa.pdf
TAM (11 illik) ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ
http://dim.gov.az/upload/iblock/77e/77ebf02659ada161ac7242de2441a60d.pdf
“Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları”nın tam mətni ilə “Abituriyent” jurnalının xüsusi buraxılışlarında tanış ola bilərsiniz. Jurnalların elektron versiyasını (pdf formatda) "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün qəbul imtahanı proqramlarından çıxarılan mövzular da yaxın günlərdə sayta yerləşdiriləcək.
9-cu sinif ingilis dili, alman dili, fransız dili və ərəb dili fənləri üzrə mövzular qeyd edilən dövrədək tədris olunduğundan bu fənlər üzrə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramlarından heç bir mövzu çıxarılmayıb.
11-ci sinif ingilis dili, alman dili, rus dili (xarici dil) və русский язык (tədris dili) fənləri üzrə mövzular qeyd edilən dövrədək tədris olunduğundan bu fənlər üzrə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramlarından heç bir mövzu çıxarılmayıb
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm