Abituriyentlərə MÜJDƏ: “İmtahan nəticələri yüksək olacaq”
11:15 01.02.2021
Elm və Təhsil
1630
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanda fərqlənmiş nəzarətçi və imtahan rəhbərləri ilə keçirdiyi onlayn görüş zamanı çıxış edib. O qeyd edib ki, bu il abituriyentlərə iki dəfə şans veriləcək:
"Çalışacağıq ki, bu il qəbul imtahanları zamanı abituriyentlərə iki dəfə şans verək. Mart ayında imkan olsa, iki mərhələli – həm yaz, həm də yay sessiyası təşkil olunacaq”.Xatırladaq ki, ötən il sərt karantin rejimi tətbiq olunduğu üçün tələbələrə qəbul imtahanalarında ikinci şans verilməmişdi.
Bəs bu il ali təhsil müəssisələrinə, magistratura və rezidenturaya qəbul imtahanlarının birinci mərhələsinin iki dəfə keçirilməsi nə vəd edir?
"Sherg.az"ın sualını cavablandıran təhsil eksperti Kamran Əsədov bildirib ki, karantin dövründə ən ciddi məsələ təhsilin təşkili və imtahanların keçirilməsi idi. Onun sözlərinə görə keçən il imtahanların keçirilməsində müəyyən sıxıntılar yaşadıq:
"Artıq 11 aydır ki, pandemiya dönəmində davranış qaydalarına yiyələnmişik. Bəzi abituriyentlər 2020-ci ildə keçirilən imtahanlarda pandemiyanın gətirdiyi psixoloji gərginlikdən və ümumi tədris prosesindən kənarda qaldıqlarına görə müəyyən qədər zəif nəticə göstərmişdilər.
İstənilən halda magistr və bakalavrlara pilləsində ikinci şansın verilməsi imtahan nəticələrinin yüksəlməsinə təsir göstərəcək. Bir çox abituriyentlər imtahanlarda iştirak edərkən cavab kartı ilə işləmə mexanizmini bacarmırlar.
Onlar doğru cavabları sual kitabçasından cavab kartına köçürərkən qüsurlara, səhvlərə yol verirlər. Eyni zamanda, həmin şəxslər fənlər üzrə düzgün vaxt bölgüsü aparmırlar. Məsələn, II qrup üzrə imtahan verən abituriyentlər riyaziyyat və coğrafiyaya daha çox vaxt ayırırlar, bir də görürlər ki, artıq vaxt bitir, digər fənnə zaman çatmır".
K. Əsədovun fikrincə, imtahanlar bir neçə dəfə keçirilərsə, abituriyentlərimiz fənlər üzrə düzgün vaxt bölgüsü apara və cavab kartı üzərində işləmə təcrübəsinə yiyələnə bilərlər:
"Ən vacib məqam təkcə bilik olaraq hazırlaşmaq deyil. Qeyd etdiyim alətlərlə də işləməyi bacarmaq lazımdır. 16-17 yaşlı imtahan verən şəxs geniş auditoriya qarşısında özünü toparlaya bilmir.
İkinci şansın verilməsi ilə 2020-ci illə müqayisədə builki nəticələrin yüksələcəyini müşahidə edəcəyik. Bu da plan yerlərinin tam şəkildə dolmasına, müsabiqə şərtinin artmasına gətirib çıxaracaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya
Sosial şəbəkələr neytral deyil - Siyasi şərhçi
18:39 06.08.2026
Texnologiya
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
18:26 06.08.2026
İnfrastruktur
AZAL-da dəyişikliklər müsbət siqnaldır - Natiq Cəfərli
18:19 06.08.2026
Aktual