Açıq tipli tapşırıqlardan istifadə olunmayacaq
Məlahət Rzayeva
20:23 05.03.2021
Elm və Təhsil
739
Buraxılış imtahanının sadələşdirilməsi təhsil ekspertlərini də sevindirib
"DİM-in irəli sürdüyü model mənim təklif etdiyim modeldir"
Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarını sadələşdirir. DİM bununla bağlı təkliflərini Nazirlər Kabinetinə göndərib. Söhbət ümumi - 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün materialların məzmununda və təşkilində sadələşmə aparılmasından gedir. Mərkəz sadələşdirməyə bir neçə amili səbəb göstərir. DİM-in məlumatında qeyd olunur ki, 2020-ci il mart ayından etibarən ölkəmizdə COVID-19 pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq edilir. Xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq hələ də ümumtəhsil müəssisələrində tədris prosesi tam olaraq ənənəvi qaydada həyata keçirilmir. Həmçinin ötən ilin sentyabr-noyabr aylarında baş vermiş Vətən müharibəsi müddətində bəzi bölgələrdə təlim-tədris prosesində müəyyən fasilələr yarandı. Bu amillər nəzərə alınaraq DİM tərəfindən Təhsil Nazirliyinin mütəxəssisləri ilə birgə razılıq əsasında mövcud vəziyyət nəzərə alınaraq ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün materialların məzmununda və təşkilində sadələşmə aparılması qərara alınıb. Nəzərdə tutulan dəyişikliklərlə bağlı məlumat 2020-ci ilin dekabrında “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub.
Jurnalda qeyd olunduğu kimi, proqramda əsas hissə kimi 5-ci sinifdən başlayaraq 9-cu sinfin 1-ci yarımilində keçilmiş materiallar götürülür. Tədris prosesində 2-ci yarımildə keçilməsi planlaşdırılan mövzular üzrə tapşırıqlar isə 5-8-ci siniflər üzrə tərtib olunacaq.
Proqram hazırlanarkən ilk növbədə indi 9-cu sinifdə təhsil alan şagirdlərin aşağı siniflərdə keçdikləri dərsliklərlə, hazırda istifadədə olan dərsliklər müqayisə olunmuş və hər iki dərslikdə eyni olan mövzular proqrama daxil edilmişdir. Aşağı sinif dərsliklərinə yeni daxil edilmiş və çıxarılmış mövzular proqrama salınmamışdır. Beləliklə, demək olar ki, proqramda verilmiş mövzuların hamısı tədris prosesində keçilənlərdir.
Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 4 mart 2021-ci il tarixli qərarı ilə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının bir mərhələdə keçirilməsi, imtahanda şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırığın verilməsi təsdiq edilib.
Xatırladırıq ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin mütəxəssisləri hazırkı vəziyyəti bir daha təhlil edərək tapşırıqların formasını daha da sadələşdiriblər. Əvvəlcədən elan olunduğu kimi, “Abituriyent” jurnalının xüsusi buraxılışında verilən modeldən fərqli olaraq yeni təqdim olunan imtahan modelinə əsasən, imtahanda yazılı cavab tələb edən açıq tipli tapşırıqlardan istifadə olunmayacaq. İmtahanda iştirakçılara qapalı tipli tapşırıqlar və kodlaşdırıla bilən seçim və hesablama formalı açıq tipli tapşırıqlar təqdim olunacaq.
Təhsil eksperti, fəlsəfə doktoru Kamran Əsədov “Şərq”ə açıqlamasında buraxılış imtahanının sadələşdirilməsi təklifi ilə dəfələrlə çıxış etdiyini bildirdi:
- Biz bu barədə bir neçə dəfə fikrimizi bildirmişik. DİM-in irəli sürdüyü model mənim təklif etdiyim modeldir. Dekabrın sonunda dərc edilmiş “Abituriyent” jurnalında buraxılış imtahanı ilə bağlı təklif edilən model çətin idi, açıq və situasiya tipli suallara çox yer verilmişdi.
Amma nəhayət ki, DİM buraxılış imtahanlarının sadələşdirilməsi təkliflərinə müsbət reaksiya verdi. Bu, məni sevindirir. Əlavə təklifim bundan ibarətdir: yaxşı olar ki, buraxılış imtahanı proqramına II yarımildən də suallar salınsın.
Çünki 9-cu siniflər məktəbə gedir, əyani tədris prosesində iştirak edirlər artıq. Tədrisin II yarım ilindən sualların salınması uşaqların bu mövzuları daha yaxşı mənimsəməsinə kömək edər.
Bir də buraxılış imtahanlarında hansısa səbəbdən iştirak edə bilməyənlərə əlavə şərait yaradılacağı barədə DİM-in açıqlaması yoxdur. Yaxşı olar ki, DİM bu məsələyə də aydınlıq gətirsin.
K.Əsədov 11-ci siniflər üçün buraxılış imtahanlarında dəyişiklik edilməsinə ehtiyac görmədiyini dedi: “11-cilərin imtahanları onsuz da sadədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur
Uşaq evlərinin sakinləri ahıllar evini ziyarət etdi
12:46 17.03.2026
Cəmiyyət
İsrail ordusunun hədəflərindən biri Əli Laricani də olub
12:33 17.03.2026
Gündəm
Sabah Azərbaycanda 17 dərəcə isti olacaq
12:25 17.03.2026
Gündəm
Bakıda daha bir dünya çempionatı keçiriləcək
11:58 17.03.2026
İdman