Ali məktəblərdə hərbi dərslər bərpa olunmalıdır
02:35 03.02.2021
Elm və Təhsil
698
Biz strateji cəhətdən elə bölgədə yerləşirik ki, hər bir vətəndaş hərbi biliklərə sahiblənməlidir
Azərbaycan coğrafi mövqeyi, yeraltı və yerüstü təbii sərvətlərinə görə yüzillər boyu işğalçı qüvvələrdən əziyyət çəkib. Elə öz üzdəniraq mənfur qonşularımız bunun ucbatından başımıza bəlalar gətiriblər.
Azərbaycan dünyada yeganə ölkələrdəndir ki, hər tərəfdən öz torpaqları ilə həmsərhəddir. Rusiyada, İranda, Gürcüstanın özündə, hətta bir vaxtlar Azərbaycanın İrəvan xanlığına məxsus olan torpaqlar da indi Ermənistanın paytaxtı hesab edilir.
Fəqət, müasir Azərbaycan ərazilərinin sadəcə 20 faizi o dövrdə baş verən çəkişmələrdən yana işğal altında düşmüşdü. İndi bir sıra ərazilərimizdə erməni terrorçular qalsa da bu məsələ həll olunmuş sayılır. Azərbaycan Respublikası prezidentinin də dediyi kimi status məsələsi artıq ləğv edilib.
Amma heç kim təminat verə bilməz ki, Ermənistan bir daha ərazilərimizə hücum etməyəcək. Onların öz terrorçuluq əməllərindən daşınacağının qarantisini heç kim verə bilmir.
Ona görə də Azərbaycanın daha güclü orduya ehtiyacı var ki, müharibədən sonra azad etdiyi əzəli torpaqlarını daha möhkəm səviyyədə qoruya bilsin. Bunun üçün isə gənclərin döyüş bacarığının artırılması yönündə müəyyən tədbirlər həyata keçirmək lazım gəlir.
Vətən savaşından da bəlli oldu ki, ola biləcək hansısa xarici təhlükəyə qarşı hərbi səfərbərlik baş verə bilər.
Bunun üçün hələ hərbi xidmətə getməmiş ali məktəb oxuyan tələbələrin döyüş bacarığının və hərbi biliyinin artırılması üçün tədbirlər görülməsi bir çox ekspertlər tərəfindən təklif edilir. Onlar düşünürlər ki, Azərbaycanın məhz ali məktəblərində də hərbi dərslərin keçirilməsi vacib və mühümdür.
Qeyd olunan məsələ ilə bağlı hərbi ekspert Emin Həsənli "Şərq"ə açıqlama verib və bəzi məsələləri də diqqətə çatdırıb: "Azərbaycan strateji cəhətdən elə bölgədə yerləşir ki, onun hər bir vətəndaşı hərbi biliklərə malik olmalıdır.
Bizim çox güclü və peşəkar ordumuz olmağına baxmayaraq ali məktəblərdə hərbi dərslərin bərpa olunmasına ehtiyac var. Əvvəl həmin dərslər məcburi şəkildə keçirilib. Lakin indi könüllü olaraq bunun yenidən təşkil olunmasını istəyənlər olduqca çoxdur. Düşünürəm ki, bütün ixtisaslarda təhsil alan tələbələr üçün bu, maraqlı olduğu qədər həm də vacibdir. Hər ali məktəb bir il üçün ən az 50-60 nəfər hazırlıqlı kadr hazırlaya bilər.
Bununla yanaşı onlar üçün tibbi biliklər də olduqca vacibdir. Müharibə zamanı bir neçə şəxs var idi, öyrəndiyi hərbi dərslər də tibbi bilikləri sayəsində xeyli sayda insanı ölümdən xilas edib və döyüş meydanından çıxarıb".
Ağarza Elçinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya
Sosial şəbəkələr neytral deyil - Siyasi şərhçi
18:39 06.08.2026
Texnologiya
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
18:26 06.08.2026
İnfrastruktur
AZAL-da dəyişikliklər müsbət siqnaldır - Natiq Cəfərli
18:19 06.08.2026
Aktual