Azərbaycandilli abituriyentlər imtahan testində problemlərin olduğunu iddia edirlər
Yusif Nəzərli
05:07 13.07.2025
Elm və Təhsil
403
Gürcüstanın ali məktəblərinə qəbul olmaq üçün 9 iyul tarixində ümumi qabiliyyət imtahanı verən azərbaycandilli abituriyentlərin bir qismi 80 sualdan ibarət testin iki sualında müxtəlif xətalar oluduğunu iddia edirlər.
24News.ge xəbər verir ki, onlar 21 və 69 nömrəli testlərdə problemin olduğuna diqqət çəkirlər.
Milli İmtahanlar Mərkəzi imtahanda istifadə edilən testləri yayımladıqdan sonra, çox sayda abituriyent qeyd edilən iki testlə bağlı mərkəzin "Facebook" səhifəsinə şikayet mesajları ünvanlayıb.
Onların iddiasına görə, 21 nömrəli testdə abituriyentlərin bir qismi "Maka" adının qadın, yoxsa kişiyə məxsus olduğunu anlamadığı üçün, testin düzgün cavabını tapmaqda çətinlik çəkib.
Abituriyentlərin bir qismi isə iddia edir ki, 69 nömrəli testin əsas şərtində xəta olub ki, bu da onlara düzgün cavabı tapmaq imkanı verməyib.
Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzi azərbaycandilli abituriyentlərin iradları ilə bağlı hələlik hər hansı bir açıqlama verməyib.
Qeyd edək ki, Ümumi Qabiliyyət İmtahanlarının nəticələrinin avqust ayının əvvəlində açıqlanacağı gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm