"Azərbycan tarixi" kimi strateji fənnin dərs saatlarının azalması gələcəkdə ciddi fəsadlar yaradacaq" - Kamran Əsədov
Şəymən Bayramova
08:40 30.05.2020
Elm və Təhsil
1244
Ali məktəblərdə Azərbaycan tarixinin tədrisi 90 saatdan 45 saata qədər azaldılıb.
Təhsil nazirliyi tərəfindən ali təhsil ocaqlarına gələn təlimatda qeyri-ixtisas fakültələrində "Azərbaycan tarixi” fəninin tədrisi 45 saat müəyyənləşdirilib ki, bunun 30 saatı mühazirə, 15 saatı seminardır. Fakültələrdə tədris oluncaq "Azərbaycan tarixi” fənninin qədim, orta əsrlər, yeni tarix dövrləri çıxarılıb. Fənin adı "Azərbaycanın müstəqil dövlətçilik tarixi” kimi təqdim olunur.
Tarixçi alim Kamran Əsədov isə Sherg.az-a deyib ki, qədim tarixə malik olan Azərbaycanın tarixi keçmişi bir-birini izləyən və tamamlayan, dinamik şəkildə biri digərini əvəz edən fakt və hadisələrlə zəngindir.
Bu fakt və hadisələr Azərbaycan xalqının tarixi yaddaşında ən xarakterik abidələr kimi qalmaqdadır: "Bu gün tarix özünün müasirliyi ilə yeni həyat quranlar, gələcəyin perspektivlərini yaradanlar üçün bünövrə rolunu oynayır. Azərbaycanda insanların tarixi yaddaşının, milli mentalitetinin formalaşmasına təsir göstərir. Həm tarixi müstəvidə, həm də müasir zamanda sosial, iqtisadi, mədəni inkişaf baxımından müqayisə və təhlillər aparmağa imkan yaranır. Bu mənada Təhsil Nazirliyi ali təhsil müəssisələrində Azərbaycan tarixinə ayrılan dərs saatlarının həcmini azaltmaqla böyük yalnışlığa yol verir. "Azərbaycan tarixi" fənni üçün dərs saatları müəyyənləşdirilərkən tələbələrin öyrənəcəkləri tarixi biliklərin, eləcə də bu fənn üzrə konkret təlim fəaliyyətlərinin (idrak, hissi, psixomotor) əhatə olunması diqqət mərkəzində saxlanılmalıdır".
K. Əsədov hesab edir ki, müəyyənləşdiriləcək dərs saatlarının həcmi Azərbaycan tarixinə dair deklarativ biliklərlə yanaşı, tələbələrə prosedural və kontekstual biliklərin verilməsini də nəzərdə tutulmalıdır. Bununla tələbələrin praktik fəaliyyətə yönəldilməsi, xəritə üzrə işə, tədqiqatçılığa, qrafik və cədvəllər hazırlamağa istiqamətləndirilməsi, onların yaradıcı işə cəlb olunması üçün imkan yaradılmalıdır: "Lakin Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş dərs saatlarının həcmi qeyd olunanların həyata keçirilməsinə imkan verməyəcək.
Azərbaycan tarixi ölkəmizin ərazisində uzaq və yaxın keçmişdə yaşamış insanların həyatını, onların həyatında baş verən hadisələri, həmin hadisələrin səbəb və nəticələrini öyrənən elmdir. Onun bir fənn kimi ali məktəblərində öyrənilməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan tarixinin ali məktəblərdə tədrisi dərin və əhatəli biliyə, bacarıq və vərdişlərə, yüksək intellektə, geniş dünyagörüşünə malik olan və onu daim inkişaf etdirməyə çalışan şəxsiyyət formalaşdırmağa xidmət edir. Eyni zamanda öz soykökünə, adət-ənənələrinə, milli mənəvi dəyərlərinə əsaslanan, şərəfli tarixi keçmişinə dərindən yiyələnən, ailəsini, vətənini, millətini sevən və onu daim ucaltmağa çalışan vətəndaş tərbiyə etməyə töhfə verir.
Azərbaycan tarixi fənni tələbələrdə ünsiyyət qurmaq və əməkdaşlıq etmək kimi yüksək mənəvi keyfiyyətlərin, mühakimə yürütmək, qoyulmuş problemə fərqli baxış nümayiş etdirmək, öz nöqteyi-nəzərini əsaslandırmaq, hüquqlarını qorumaq, başqalarının hüquqlarına hörmətlə yanaşmaq, dövlət, cəmiyyət və xalq qarşısında vəzifələrinə məsuliyyətlə yanaşmaq bacarığının formalaşmasında mühüm bir vasitədir.
Bu fənnin tədrisi nəticəsində ali təhsil səviyyəsində Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olması, dövlətçilik ənənələri, Azərbaycan xalqının, onun milli, sosial, əxlaqi-mənəvi dəyərlərinin təşəkkülü və formalaşması, geosiyasi məkanda mövqeyi və rolu, bəşər sivilizasiyasının inkişafına təsiri, Azərbaycanın məruz qaldığı təcavüzlər və onlara qarşı mübarizə, müasir dünyada mövqeyi, ölkənin ümumi inkişafı, tarixi şəxsiyyətləri, maddi və mənəvi mədəniyyət abidələri haqqında sistemli məlumatların mənimsənilməsi təmin olunur.
Tələbələrdə tarixi hadisələri təhlil etmək və onlara münasibət bildirmək, əlavə faktlar toplamaq və sistemləşdirib təqdim etmək, tarixi mənbələrlə işləmək bacarıqları formalaşdırılır, onlara vətənpərvərlik, milli iftixar hissləri aşılanır.
Hesab edirəm ki, dərs saatları ilə bağlı məsələyə yenidən baxmaq lazımdır. Bu azalmalar, özüdə ki, "Azərbycan tarixi" kimi strateji fənnin dərs saatlarının azalması gələcəkdə ciddi fəsadları yaradacaqdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
MDB artıq Azərbaycan üçün dar çərçivədir - POLİTOLOQ
16:10 17.03.2026
Siyasət
Albaniya SEPAH-ı terror təşkilatı kimi tanıyıb
16:07 17.03.2026
Gündəm
İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq - Bolton
16:04 17.03.2026
Dünya
Daha bir avtobusda gediş haqqı 60 qəpik olub
15:56 17.03.2026
İnfrastruktur
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur
Uşaq evlərinin sakinləri ahıllar evini ziyarət etdi
12:46 17.03.2026
Cəmiyyət