Bu buraxılış imtahanı üzrə ballar 100 ballıq şkalaya keçirilib
12:57 20.05.2020
Elm və Təhsil
802
Dövlət İmtahan Mərkəzi bu il martın 1-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsində iştirak etmiş şagirdlərə müraciət edib.
DİM-dən "Sherg.az"a verilən məlumata görə, imtahanda iştirak edən şagirdlərin hər fənn üzrə topladıqları ballar 100 ballıq şkalaya keçirilib və hər bir şagirdin imtahan nəticələri səhifəsinə yerləşdirilib.
Bildirilib ki, məlum olduğu kimi, Nazirlər Kabinetinin 18 may 2020-ci il tarixli 179 nömrəli qərarı ilə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları”nda edilən müvəqqəti dəyişikliyə əsasən ümumi (9illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı bir mərhələdə – imtahanın ikinci mərhələsinin modeli əsasında keçiriləcək. İmtahanda şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Buraxılış imtahanında şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır.
Bu dəyişikliklər qüvvəyə minənədək ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun qiymətləndirilməsi (attestasiyası) çərçivəsində keçirilən buraxılış imtahanları iki mərhələli olduğu zaman 2020-ci il martın 1-də imtahanın birinci mərhələsini vermiş şagirdlər bir mərhələli buraxılış imtahanını vermirlər, onların əldə etdikləri nəticələr DİM tərəfindən hər fənn üzrə 100 ballıq şkalaya keçirilir.
Yeni qaydalara uyğun olaraq martın 1-də imtahanda iştirak edən şagirdlərin hər fənn üzrə topladıqları ballar 100 ballıq şkalaya keçirilib və hər bir şagirdin imtahan nəticələri səhifəsinə yerləşdirilib. Yeni şkalaya uyğun yekun ballar şagirdlərin attestatına yazılacaq. Yeni şkalaya uyğun imtahan nəticələri ilə buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, nəticələrin 100 ballıq şkalaya uyğunluğu 2018 və 2019-cu illərdə keçirilən imtahanlarda 9-cu sinif şagirdlərinin 1-ci mərhələdə topladıqları ballarla 2-ci mərhələdə topladıqları ballar arasındakı statistik əlaqənin araşdırılmasının nəticələrinə əsasən müəyyən olunub.
Yeni şkalaya uyğun qiymətindən narazı olanlar üçün sentyabr ayında imtahan (bir mərhələli imtahan modelinə uyğun) keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək istəyən şagirdlər oxuduqları təhsil müəssisəsinə müraciət etməlidirlər (təhsil müəssisələri fəaliyyətini bərpa etdikdən sonra).
Qeyd: Martın 1-də buraxılış imtahanında iştirak etmiş və orta ixtisas təhsili müəssislərinə qəbul olmaq üçün sənəd vermiş abituriyentlər müsabiqədə iştirak etmək üçün iyun ayında keçiriləcək imtahanda iştirak etməlidirlər. Müsabiqə yeni qaydalara uyğun keçiriləcək imtahanın (bir mərhələ) nəticələrinə əsasən aparılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm