
Bu ixtisasların keçid balları artırıla bilər -AKTUAL
Yusif Nəzərli
10:43 27.02.2025
Elm və Təhsil
694
Prestijli ixtisaslarda bu il ötən illərlə müqayisədə daha çox bal artımını proqnozlaşdırırıq
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu artıq başlanıb. Abituriyentləri maraqlandıran əsas məsələlərdən biri ali təhsil müəssiəslərinə qəbul zamanı ixtisaslara görə keçid ballarının artması ilə bağlıdır.
Bu il keçid balları arta bilərmi?
Mövzu ilə bağlı "Sherg.az"a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, hazırda 80 mindən çox abituriyent qeydiyyatdan keçib və proses 5 mart saat 23:59 da yekunlaşacaq:

“Abituriyentləri imtahan sualları, imtahan suallarının çətinlik səviyyəsi, o cümlədən bu ilki qəbul məsələsi düşündürür. Dövlət Sosial İqtisadi proqramına baxdıqda görürük ki, plan yerlərinin həm bakalavr, həm magistratura üzrə 85 minə qədər çatdırılması nəzərdə tutulur. Bu plan yerlərindən 70 minə yaxın hissəsi məhz bakalavrı əhatə edəcək. Bu yerlərin artımı da ümumi ixtisaslar üzrə keçid ballarına təsirsiz ötüşmür. Amma bu fikir bütün ixtisasları əhatə edəcəkmi sualına birmənalı olaraq xeyir izahını tələb edir. Çünki yalnız prestijli ixtisaslarda keçid balları yüksək olur. Qalan digər ixtisaslarda isə ballarda müəyyən enmələr və yaxud da cüzi artımlar müşahidə oluna bilər. Ümumiyyətlə, ixtisaslar üzrə keçid ballarının dəyişməsinə təsir edən amillərdən birincisi, abituriyentlərin imtahan nəticələridir. İkincisi, isə plan yeridir ki, və bu da keçid ballarına təsir edəcək. Abituriyentlərin göstəriciləri yüksək olması, bu birmənalı olaraq keçid ballarının artımı deməkdir. Nəticələr aşağıdır və plan yerləri artıbsa, burada təbii ki, keçid ballarının azalması anlamını verir. Prestijli ixtisaslarda bu il ötən illərlə müqayisədə daha çox bal artımını proqnozlaşdırırıq. Birinci ixtisas qrupunda informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter mühəndisliyi, kompüter elmləri ixtisası və yeni yaranmış ixtisaslardır. İkinci ixtisas qrupunda əsasən maliyyə, biznes, beynəlxalq çərçivə, logistika ixtisasıdır. Üçüncü ixtisas qrupunda, hüquqşünaslıq, dövlət və ictimai münasibətlər ixtisasıdır. Dördüncü ixtisas qrupunda isə əsasən tibb, stomatologiya və psixologiya ixtisaslardır. Yəni bu ixtisaslarda daha çox keçid ballarında müəyyən artımların olacağını proqnozlaşdırırıq. Digər ixtisaslarda isə keçid ballarının ötən illə müqayisədə azalma və yaxud da cüzi artımı da müşahidə oluna bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
3400 illik qızıl diademlər tapıldı - FOTO
15:01 17.07.2026
Dünya
Özgür Özəl yeni partiyanın yaradılacağı TARİXİ AÇIQLADI
14:21 17.07.2026
Gündəm
Flora Kərimovanın son durumu açıqlandı
14:15 17.07.2026
Mədəniyyət
BƏƏ “Husilər”in Səudiyyə Ərəbistanına raket hücumunu pislədi
14:10 17.07.2026
Dünya
Lavaşdan zəhərlənmə, bəli, mümkündür - Mütəxəssisdən İZAH
13:51 17.07.2026
Sağlamlıq
Culfada sabiq bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərildi
13:24 17.07.2026
Hadisə
Naxçıvanda sabiq bələdiyyə sədri ilə bağlı cinayət işi başlanıb
13:05 17.07.2026
Ölkə
Sabahın havası açıqlanıb
13:04 17.07.2026
Ekologiya
ADY-də qida məhsullarının daşımaları 38% artıb
12:59 17.07.2026
İqtisadiyyat
“Real Madrid” Kurtuanın yerinə bu qapıçını transfer edə bilər
12:20 17.07.2026
Futbol
Bu il aliment ödəyənlərdən 2400-ü qadın olub - RƏSMİ
12:14 17.07.2026
Cəmiyyət
Ermənistanda doğum səviyyəsi azalmağa davam edir
11:44 17.07.2026
Region
ABŞ elan etdi: Rusiya, İran və Çinin hakerləri...
11:37 17.07.2026
Dünya
Azərbaycan-Litva ikitərəfi əlaqələri müzakirə edilib
11:01 17.07.2026
Gündəm
Qadın vəkillərin sayı açıqlandı
10:57 17.07.2026
Cəmiyyət