
Bu şərtlərlə xaricdə təhsil Azərbaycana yaxşı heç nə vəd etmir -AÇIQLAMA
13:13 02.04.2025
Elm və Təhsil
503
Hazırda xaricdə təhsil məsələsi bəzi şəxslərin və şirkətlərin biznesinə çevrilib
Xaricdə təhsil şirkətlərinin fəaliyyətinə nəzarət Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) səlahiyyətləri xaricindədir, həmçinin Agentlik xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şəxslə, şirkətlə və ya universitetlə əməkdaşlıq etmir və bu kimi vasitəçilərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.
Bu barədə TKTA-dan məlumat verilib.
Qeyd olunub ki, bəzi media resurslarında, eləcə də bəzi xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında vətəndaşlarımız müxtəlif xarici ölkələrin universitetlərində təhsil almağa təşviq olunur və sonda diplomların Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tanınacağı ilə bağlı vədlər, hətta zəmanət də verilir:
"Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” əsasında həyata keçirilir.
Məlumat üçün bildiririk ki, sözügedən Qaydalara əsasən, xarici kvalifikasiya əldə etmiş şəxslərin Azərbaycan Respublikası ərazisində təhsilin növbəti səviyyəsinə qəbul olunmaq, həmçinin peşə fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edə bilməsi üçün müvafiq kvalifikasiyanın TKTA tərəfindən tanınması şərt olaraq qanunvericilikdə təsbit olunub.
Bundan əlavə bildiririk ki, vətəndaşlarımıza dəstək məqsədilə TKTA-nın internet səhifəsində Agentliyə edilən müraciətlər əsasında “Tanınmayan universitetlərin siyahısı” və “Ən çox imtina alan universitetlərin siyahısı” dərc edilib.
Eyni zamanda vətəndaşlarımız qeyd edilən məsələlərlə bağlı daha ətraflı məlumat əldə etmək üçün Agentliyin 146-8 Çağrı Mərkəzinə zəng edə və ya info@tkta.edu.az elektron poçt ünvanına yaza bilərlər.
Agentlik olaraq, vətəndaşlarımıza müvafiq seçim etməmişdən əvvəl yuxarıda qeyd edilən Qaydalarla tanış olmağı tövsiyə edirik.
Təhsil eksperti Cahid İmanlı "Sherg.az"a bildirib ki, xaricdə təhsil almaq istəyən tələbələrin böyük kütləsi Azərbaycan universitetlərinə qəbul ola bilməyənlərdir:

“Onlar hərbi xidmətdən möhlət almaq üçün xarici universitetlərə üz tuturlar. Xaricdə təhsil üçün ən savadlı, bacarıqlı şagirdlərimiz yox, daha az bilikli şagirdlərimiz gedir. Həmçinin xaricdə təhsil zamanı daha çox qiyabi təhsilə üstünlük verilir. Bu sahədə əsas diqqət edilən nüanslardan biri də xarici universitetlərə qəbul olan tələbələrin bir çoxunun, həmin ölkənin dilində elementar biliklərinin olmamasıdır. Şübhəsiz ki, sadaladığım amillər xaricdə təhsilin elə də keyfiyyətli olmamasının göstəriciləri sayılır. Öz reytinqini gözləyən heç bir universitet bu tip qəbulları aparmır. Məhz ona görə də xarici universitetlərin bir çoxunun diplomları Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tanınmır. Qeyd etdiyim şərtlərlə xaricdə təhsil Azərbaycana yaxşı heç nə vəd etmir. Hazırda xaricdə təhsil məsələsi bəzi şəxslərin və şirkətlərin biznesinə çevrilib. Abituriyentlər xaricdə təhsil müəssisələrini seçərkən xüsusilə diqqətli olmalıdırlar. Onlar ilk növbədə kifayət qədər araşdırma aparmalıdırlar. Daha yaxşı olardı ki, ilk növbədə Elm və Təhsil Nazirliyinin rəsmi mənbələrinə istinad etsinlər. Xarici universitetlərin və diplomlarının tanınma məsələsinə dair bu orqanlardan məlumat əldə etmək daha məqsədəuyğundur. İkincisi, tanınmış və etibarlı xarici xarici təhsil şirkətləri və vasitəçiləri ilə işləmək lazımdır. Bu zaman müxtəlif sosial şəbəkələrdə həmin şirkətlərin fəaliyyətini izləmək, rəyləri nəzərə almaq, əvvəllər həmin müraciət edən şəxslərin fikirlərini soruşmaq abituriyentlər üçün faydalı olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens Orbanın seçkilərdə qalib gələcəyinə əmindir
17:11 07.04.2026
Dünya
Tramp: Bu gecə bütün İran yox olacaq
16:45 07.04.2026
Gündəm
SON DƏQİQƏ: İstanbuldakı terrorçuların kimliyi müəyyənləşdi
16:35 07.04.2026
Gündəm
Azərbaycan qonşu ssenarilərə hazır olmalıdır - Osman Gündüz
16:24 07.04.2026
Aktual
ABŞ İranın Xarq adasındakı hərbi obyektlərə hücum edib - YENİLƏNİB
16:16 07.04.2026
Gündəm
ABŞ və İsrail İranın dəmir yolu şəbəkəsini məhv edir - YENİLƏNDİ
16:08 07.04.2026
Dünya
BƏƏ: İran qonşu ölkələrə kompensasiya ödəməlidir
15:56 07.04.2026
Dünya
Ararat Mirzoyan və Kaya Kallas arasında telefon danışığı olub
15:43 07.04.2026
Gündəm
SEPAH qonşu ölkələri təhdid etdi
15:36 07.04.2026
Gündəm
"Mehr": ABŞ və İsrail İranın Xarq adasına zərbələr endirib
15:20 07.04.2026
Gündəm
İbrahim Tatlısəs xəstəxanaya yerləşdirildi
14:46 07.04.2026
Mədəniyyət
İrana qarşı nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edildi
14:22 07.04.2026
Gündəm