
Cəmiyyət sertifikasiya imtahanını dəstəkləməlidir -EKSPERT
Yusif Nəzərli
13:37 26.06.2025
Elm və Təhsil
571
Adı müəllim olan hər bir şəxs öz ixtisası üzrə 50 faizdən aşağı nəticə göstərməməlidir
“Bu imtahan illərlə bizim balalarımıza dərs keçən müəllimlərin savad səviyyəsini ortaya qoydu”
Müəllimlərin sertifikatlaşdırma prosesi geniş müzakirələrə səbəb olub. Xüsusilə Azərbaycan dili və ədəbiyyat müəllimləri arasında yaranan narazılıqlar ictimaiyyətin diqqət mərkəzindədir. Elm və təhsil naziri Emin Əmrullayev məsələyə münasibət bildirərək, sertifikatlaşdırma nəticələrinin təhlili və apellyasiya müraciətlərinin ədalətli şəkildə qiymətləndirilməsi barədə açıqlama verib. Nazir imtahanlarda sual çətinliyi və testlərin obyektivliyinə dair məsələlərə aydınlıq gətirərək, nazirliyin müəllimlərin yanında olduğunu vurğulayıb, sertifikatlaşdırmadan sonra bütün apellyasiya müraciətlərinə baxılacağını qeyd edib: "Əgər təhlillər zamanı ciddi fərqlərin olduğunu görsək, müəyyən qərarlar verə bilərik. Xahişim odur ki, müəllimlər səbirli olsunlar. Bilsinlər ki, Elm və Təhsil Nazirliyi onların yanındadır. Biz ədalətsiz qərar vermirik”.
Nazir əlavə edib ki, imtahanlarla bağlı hər zaman sual çətinliyi məsələsi gündəmə gəlir: “Amma sualların nə dərəcədə çətin olduğunu müəyyən etmək üçün ayrı-ayrı fikirlərə yox, bu çətinliyi ölçən rəsmi cədvəllərə baxmaq lazımdır. Cəmiyyətin başa düşməli olduğu əsas məqamlardan biri də budur ki, biz müxtəlif illərdə fərqli testlər təqdim edirik. Təbii olaraq, testlər eyni olmadığından çətinlik səviyyəsində müəyyən fərqlər ola bilər. Sual isə budur: bu çətinlik fərqi nəticələrə təsir edəcək qədər əhəmiyyətlidirmi, ya yox? Bu kimi suallar bizə də çatır, eşidirik, bilirik”.
Emin Əmrullayev bildirib ki, hazırda testlərin təkrar yoxlanılması prosesi aparılır: “Mənim yanaşmam belədir ki, bu, nazirlik üçün yüklü, amma müsbət və vacib bir prosesdir. Məqsəd kiminsə nəticəsini dəyişmək və ya əlavə bal yazmaq deyil. Məqsəd obyektiv təhlildir. Əgər aparılan təhlillər nəticəsində bəzi testlər arasında ciddi çətinlik fərqlərinin olduğu müəyyənləşərsə, o zaman müvafiq qərarlar verilə bilər”.
İxtisasının filologiya (Azərbaycan dili və ədəbiyyatı) olduğunu vurğulayan təhsil eksperti Ramin Nurəliyev isə Sherg.az-a açıqlamasında deyib ki, sertifikasiya imtahanını cəmiyyətin bütün üzvləri dəstəkləməlidir:

“Bu imtahan illərlə bizim balalarımıza dərs keçən müəllimlərin savad səviyyəsini ortaya qoydu. Adı müəllim olan hər bir şəxs öz ixtisası üzrə 50 faizdən aşağı nəticə göstərməməlidir. Göstərirsə, bu onun müəllim kimi formalaşmadığını ortaya qoyur. Təkrar üzərində işləməli və MİQ imtahanında özünü sübut etməlidir. Bildiyiniz kimi, hər bir fənn üzrə sertifikasiya imtahanından sonra bir qisim müəllimlərin suallara və imtahanı təşkil edənlərə açıq mübarizəsi əks olunur. Filoloqların imtahanından sonra da eyni etiraz dalğası hökm sürdü. Ümumi vəziyyəti analiz etmək üçün konkret fikir bildirmədim. Ani qərar verməyin doğru olmadığını düşündüm. Analiz etdim və müşahidələrimə əsasən filoloqların imtahanında mətn sayının çoxluğu və buna verilən vaxtın yetərsiz olduğu qənaətinə gəldim. Bununla yanaşı, sertifikasiya imtahanında fənlərin birinin digərinə nisbətdə çətin, yaxud da asan olması qəbuledilməzdir. Düşünürəm və təklif edirəm ki, filoloqların sertifikasiya imtahanı təkrar keçirilsin, yaxud da, bəzi suallar ləğv olunaraq iştirakçılara həmin sualların balı əlavə olunsun”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət