Dərslərə oktyabrın 1-dən tez başlamaq mümkün deyil
Məlahət Rzayeva
12:37 31.07.2020
Elm və Təhsil
1016
"Onlayn-distant təhsil ilə tədris ilində başlamaqdansa, başlamamaq daha yaxşıdır. Onlayn təhsil baş aldatmaqdan başqa bir şey deyil"
Buraxılış imtahanları, nəhayət, başa çatdı, məzunlar bir qədər nəfəs dərdi. Lakin irəlidə stresli daha bir mərhələ – qəbul imtahanları intizarı dayanır. Abituriyentləri stresə salan da məhz bu gözləntidir. Qəbul imtahanlarının tarixi hələ də bilinmir.
Abituriyentlər, onlardan daha artıq dərəcədə valideynlər narahatdır. Pandemiya bütün məsələləri bir-birinə qatdı. Nə qəbul imtahanlarının vaxtı bilinir, nə tədris ilinin başlanma tarixi. Qeyri-müəyyənliksə həmişə üzücüdür.
Təhsil eksperti Kamran Əsədov“Şərq”ə açıqlamasında qəbul imtahanlarının mümkün vaxtını açıqladı: “Gözləyirəm ki, avqustun 13-ü,14-ü, 15-i qəbul imtahanları olsun”. Belə proqnoz verilməsini hansı amillər şərtləndirir?
K.Əsədov bildirdi ki, ali məktəblərə qəbul imtahanları avqustun 10-dək dəqiq keçirilməyəcək:
- Çünki buraxılış imtahanlarının yekunu bilinməlidir. Bunun üçün də azı 10 gün vaxt lazımdır. Niyə avqustun 13-ü, 14-ü, 15-i deyirəm, çünki hesablamalar bu nəticəyə gətirib çıxarır. Qəbul imtahanları üçün başqa tarix mümkünsüz görünür. Əgər imtahanlar dediyim tarixlərdə baş tutarsa, 2 həftəyə cavablar açıqlanacaq, 10 gün ixtisas seçiminə gedəcək, sonra 2-ci tur var, ixtisaslara qəbulun təsdiqlənməsi, tələbə adını alanların sənədlərinin qəbulu… bu halda 1-ci kurslar dərslərə oktyabrın 1-dən tez başlaya bilməyəcək. 1-ci kursların dərsə oktyabrın 1-dən gec başlaması isə artıq digər qanunvericilik aktları ilə ziddiyyət təşkil edəcək. Məsələn, 18 yaşı tamam olmuş gənclərin həqiqi hərbi xidmətə çağırış müddəti başlayacaq. Ali məktəblərə qəbul çox geciksə, gənclər tələbə adını qazanmamış hərbi xidmətə getməli olacaq. Belədə gərək digər qanunvericilik aktlarına da düzəlişlər, dəyişikliklər edilsin. Yəni, məsələ uzanır. Amma qəbul imtahanlarını avqustun 10-dan sonra və 15-dək keçirmək mümkündür. Əgər test tapşırıqlarına açıq və situasiya sualları salmasalar, qəbul imtahanlarını göstərilən vaxtda keçirmək mümkün olar. Tələbələr zaman itkisinə az məruz qalar, digər problemlər də yaranmaz.
Yeni tədris ilinin sentyabrın 15-dən başlana biləcəyinə gəlincə, K.Əsədov qeyd etdi ki, Dövlət İmtahan Mərkəzi 10 iyundan müxtəlif növ imtahanlar təşkil edir və indiyə qədər 150 mindən çox şagird imtahanlarda iştirak edib. Amma hələ də onlar arasında yoluxma halları qeydə alınmayıb:
- Özü də imtahanlar orta məktəb binalarında keçirilir. Şagirdlər də azı 3 saat imtahanda olurlar. İmtahandan əvvəl azı 1 saat növbə gözləyirlər.
İmtahan prosesinin əks olunduğu fotolar paylaşılır. Görürük ki, qaydalara əməl edilir. Deməli, müəyyən qaydalara riayət etməklə tədris ili də ənənəvi vaxtda başlaya bilər. Sinifdə şagird sayı, dərslərin növbəli təşkili və s. qaydalara əməl edilməklə. Əgər onlayn, distant təhsil düşünən varsa, bu çox yanlışdır. Onlayn-distant təhsil ilə tədris ilində başlamaqdansa, başlamamaq daha yaxşıdır.
Onlayn təhsil baş aldatmaqdan başqa bir şey deyil.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə