Dərsliklərdə neqativ nüanslar var: “Məhəllə dili gətirilir” - Ciddi nəzarət olmalıdır !
Fidan Həmişəyeva
12:09 21.09.2020
Elm və Təhsil
1940
“Dərsliyə belə danışıq dilinin gətirilməsi tamamilə əsassızdır və kobud səhvdir”
“- Ana mənə bıçaq al
- Çörək doğrayacan?
- Yox sinif yoldaşımı şoşkalayacam”.
Bu kiçik dialoq azyaşlı uşaqlar üçün nəzərdə tutulan materialdan bir nümunədir. Dialoqun dərslik və ya iş dəftərində olduğu barədə dəqiq məlumat yoxdur. Əslində bunun heç bir fərqi də yoxdur.
Çünki diqqət çəkən yeganə məqam azyaşlılara belə danışıq dilinin aşılanmasıdır. Uşaqlar üçün nəzərdə tutulan dərsliklərdə buna bənzər dialoq və şeirlərə əvvələr də rast gəlmişik. Təəssüf ki, uşaqların hərtərəfli inkişafı, psixoloji durumu üçün bu materialların verilməsi düzgün deyil. Hər dəfəsində tənqidi fikirlər səslənir. Lakin bu cür həssas və ciddi məsələyə biganə yanaşma var.
Sözügedən dialoqla bağlı təəssüratlarını “Sherg.az”la bölüşən təhsil üzrə ekspert Nabatəli Qulamoğlu bildirib ki, uşaqlar üçün olan dərsliklərdə, müxtəlif materiallarda bəzi neqativ nüanslar var. Ekspertin fikrincə, azyaşlı uşaqlara bu cür danışıq dilinin aşılanması xoşagələn deyil:
“Dərsliklər ilk öncə Təhsil Nazirliyinin 5 eksperti tərəfindən yoxlanılır. Bir ekspert olsaydı, başa düşmək olardır. Amma 5 ekspert belə materialın dərsliklərə salınmasında diqqətli olmalıdır.
Bu məsələyə ciddi yanaşmaq lazımdır. Dərsliklərimizə məhəllə dili salınmalı deyil. Yazıçılar da məhəllə dilindən bədii ədəbiyyatda istifadə edirlər. Amma onlar çox “xəsisliklə” istifadə edirlər ki, bu dil şagirdin ümumişlək dilinə çevrilməsin”.
N.Qulamoğlu qeyd edib ki, hansısa materiala, dərsliyə belə danışıq dilinin gətirilməsi tamamilə əsassızdır və kobud səhvdir:
“Məhəllə dilində danışan müəllifləri dil nöqteyi nəzərdən kasıb hesab edirəm. Hər halda onların danışmağa sözü, mətn təqdim etməyə imkanları olsaydı, normal dialoq təqdim edərdilər. Ona görə də belə danışıq dilinin dərsliyə salınması çox yanlışdır. Bu sahədə ciddi nəzarət olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat