Dərsliklərimiz heç vaxt mükəmməl olmayıb
Yusif Sultanoğlu
10:08 02.03.2021
Elm və Təhsil
612
Bir məsələni 5 ali təhsilli insan həll edə bilmirsə, deməli o, həqiqətən çətindir
Zaman-zaman valideynlər aşağı sinif dərsliklərindəki çalışmaların, misalların çətinliyindən, uşaqların yaş səviyyəsinə uyğun olmamasından şikayətlənirlər. Onlar haqlı iradlarını ya müəllimlərə, ya da sosial şəbəkələrdə aidiyyəti qurumlara bildirirlər.
Bu yaxınlarda jurnalist Gülnar Baxşıyeva da sözügedən problem haqqında feysbuk səhifəsində status yazıb: “Azərbaycan Respublikası Təhsil Nazirliyi (qurumun səhifəsini tağ edib-.red), 2-ci sinif dərsliyinə saldığınız 5 nəfər ali təhsilli adam həll edə bilmirik. Bizmi savadsızıq, yoxsa sizin vəsaitlərmi yerində deyil?”.
Həmkarımızın paylaşımına təhsil eksperti Kamran Əsədov da rəy əlavə edib:
“Dərsliklər şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil”.
Bu barədə “Şərq”ə danışan təhsil eksperti Nabatəli Qulamoğlu məsələ ilə bağlı birmənalı fikir səsləndirməyin çətin olduğunu düşünür:
“Ona görə ki, dərslik hazırlamaq ağır işdir. İnanın ki, qrup şəklində dərslik hazırlamaq da uğursuz alınır. Çünki məsələlər mürəkkəb və vektorludur. Kimsə nəyisə yaddan çıxara bilir.
Bu proses zamanı ümumi müzakirə olmalıdır. Sosial şəbəkələrdə qruplar var, orda dərslik variantlarını paylaşırsan, hər kəs öz fikrini yazır. Müəllim kollektivi yekun nəticəyə gəlir və onların ağlabatan təklifləri nəzərə alınır.
Bu da dərsliklərin həmişə mükəmməl olduğu mənasına gəlmir. Nöqsanlar da ola bilər.
Təəssüf ki, bəzən ciddi qüsurlar da görürük. Lakin bugünkü dərsliklərlə 10 il əvvəlkilərə baxanda görürük ki, xeyli irəliləyiş var. Güman edirəm ki, problemlər də aradan qaldırılacaq.
Bir məsələni 5 ali təhsilli insan həll edə bilmirsə, deməli o, həqiqətən çətindir. 2011-2013-cü illərdə şagirdlərimiz beynəlxalq yarışlarda yaxşı nəticə göstərə bilməmişdilər.
Amma ordakı məsələlər belə çətin deyildi. Sadəcə biz istifadə etmirdik, yeni tipli idi. Kitabdakı bir çətin misalı şagird həll edə bilmirsə, onu məktəbdən qovmurlar, qiymətini aşağı salmırlar.
Müəllimə deyilməlidir, o da tənqidləri normal qarşılamalıdır. Yenə də təkrar edirəm, bu sahədə inkişaf müşahidə olunur. Hətta 2008-2009-cu illərdəki dərsliklərin hər səhifəsində qüsur var idi. Ona görə müəyyən təcrübə əsasında inkişaf gedir, gedəcək də”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - FAKTİKİ HAVA
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm